5
BAKI, AzerVoice
ABŞ-ın hava zərbələri nəticəsində İranda yerləşən Fordo nüvə obyektinin ərazisində azı üç krater yaranıb.
AzerVoice xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı hadisə yerini əks etdirən peyk görüntülərinin təhlili əsasında məlumat yayıb.
Bildirilib ki, görüntülərdə həmçinin obyektə giriş tunellərinin bloklandığı müşahidə olunur. Dağıntıların miqyası barədə isə əlavə məlumat verilməyib.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.