BAKI, AzerVoice
Yəməndəki Husi hərəkatı Tel-Əvivin mərkəzinə doğru raket hücumu həyata keçirib.
AzerVoice xəbər verir ki, hücum nəticəsində Qüds, Tel-Əviv və İsrailin mərkəzi bölgələrində hava hücumu siqnalları işə salınıb. Sakinlər sığınacaqlara yönləndirilib, təhlükəsizlik qüvvələri və raketdən müdafiə sistemləri vəziyyəti nəzarətə almaq üçün aktivləşdirilib.
İsrail ordusu hələlik hücumun nəticələri barədə rəsmi məlumat yaymayıb. Hücumun bölgədəki gərginliyi daha da artıracağı gözlənilir. Husi hərəkatı isə bu hücumu Qəzza ilə həmrəylik çərçivəsində həyata keçirdiklərini bildiriblər.