BAKI, AzerVoice
İstanbulda keçiriləcək beynəlxalq qida və içki sərgisində Azərbaycan sahibkarları üçün yeni ixrac imkanları yaranır.
AzerVoice xəbər verir ki, 2–5 iyul 2025-ci il tarixlərində İstanbul Sərgi Mərkəzində “F İstanbul Qida və İçki Məhsulları və İstehsal Texnologiyaları İxrac Sərgisi” keçiriləcək. Bu nüfuzlu tədbir qida sənayesində fəaliyyət göstərən istehsalçıları, təchizatçıları və ixracatçıları bir araya gətirəcək.
F İstanbul sərgisi 100-dən çox ölkədən alıcıların qatıldığı beynəlxalq ticarət platforması kimi tanınır. 2024-cü ildə sərgiyə 113 ölkədən xarici ziyarətçi qatılıb. “Daim yeni ticarət əlaqələri” şüarı ilə təşkil olunan tədbir iştirakçılarla yeni müştərilər arasında davamlı əlaqə qurmağı hədəfləyir. Sərginin rəqəmsal infrastrukturu sayəsində iştirakçılar tədbirdən əvvəl də ziyarətçilərlə əlaqə yarada bilirlər.
Qeyd edək ki, F İstanbul qida, içkilər, qənnadı məhsulları, qida əlavələri, emal və qablaşdırma texnologiyaları kimi sahələri əhatə edən ən genişmiqyaslı sərgilərdən biridir. Tədbir Avropa, Orta Asiya, Afrika və Yaxın Şərq bazarlarını hədəf alaraq, Türk və beynəlxalq şirkətlər üçün strateji imkanlar təqdim edir.
Əlavə məlumat və iştirak üçün bu linkə daxil ola bilərsiniz. Ziyarətçi kimi qeydiyyat isə bu ünvanda mümkündür.