Bakı, AzerVoice
İsrail ordusu Livanın cənubunda müxtəlif nöqtələrə silsilə hava zərbələri endirib.
AzerVoice xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA paylaşım edib.
Xəbərə görə, İsrail döyüş təyyarələri Marun əl-Ras və Şihin qəsəbələrinə hava hücumu həyata keçirib. İsrailin pilotsuz uçan aparatından atılan raketin Ayta əş-Şaab qəsəbəsinə düşdüyü bildirilib, lakin ölən və yaralananların sayı barədə məlumat verilməyib.
İsrail qüvvələri Livanın cənub sərhəd bölgəsindəki Kunin qəsəbəsində də PUA ilə bir avtomobili vurub.
Avtomobildə olanların biri ağır olmaqla xəsarət aldığı, hadisə yerinə təcili tibbi yardım maşınlarının göndərildiyi qeyd edilib.
Hücum nəticəsində 25 yaşlı Suriya əsilli Məhəmməd Xələfin həyatını itirdiyi, bir Suriya və bir Livan vətəndaşının isə yaralandığı bildirilib.
Hafiz Rufizoğlu