Bakı, AzerVoice
İsrail ordusu Qəzza şəhərinin cənubundakı Əz-Zeytun məhəlləsindən geri çəkilib.
AzerVoice xəbər verir ki, İsrail qüvvələrinin zərurət yaranarsa məhəllədə yenidən hərbi əməliyyatlara başlayacağı ilə bağlı təhdid edib.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 35 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.