Bakı. AzerVoice:
İsrail Qəzzaya hücumları ilə soyqırımı artırır.
AzerVoice xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayımlayıb.
“İsrail Qəzza zolağının bütün bölgələrində mülki əhaliyə qarşı hücumlarını artıraraq, bombardman, qırğın, deportasiya və infrastrukturun dağıdılması yolu ilə Fələstin xalqına qarşı “soyqırım müharibəsi”ni davam etdirməkdə israrlıdır.” – deyə bəyanatda qeyd edilib.
Birləşmiş Millətlər Təşkilatı (BMT) və beynəlxalq ictimaiyyətdən İsrailə hücumlarına son qoyması və mülki şəxslərin təcili müdafiəsi üçün təzyiq etmələri istənilib.
Xatırladaq ki, Rəfah şəhərində və Qəzza zolağının şimalındakı bir çox bölgədə fələstinlilərin təyin olunmuş “təhlükəsiz bölgələrə” getmələrini xahiş etməsindən sonra İsrail ordusu Qəzza zolağının bütün şəhərlərində eyni vaxtda quru və hava hücumlarını genişləndirib.
İsrail Təhlükəsizlik Kabineti dünən Qəzzanın cənubundakı hücumlardan qaçan təxminən 1,5 milyon insanın sığındığı Rəfah şəhərində qurudan hücumlar sahəsinin genişləndirilməsi qərarını təsdiqləyib.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Hafiz Rufizoğlu