Bakı. AzerVoice:
Rəfaha hücum ehtimalı gecələr yuxularımı qaçırır.
AzerVoice-un məlumatına görə, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits deyib.
Hazırda Qəzzaya yardım çatdırmaqda böyük çətinlik yaşayırıq. Rəfah hücuma məruz qalarsa və Rəfah bağlanarsa, bu iş daha da çətinləşəcək. Qəzzada insanların gedəcəkləri təhlükəsiz yerlər yoxdur. Biz onları təhlükəsiz yerə evakuasiya etmək fikrinin yanıltıcı olduğunu düşünürük. Qəzzada baş verənlər indiyə qədər yaşadığımız ən pis humanitar böhrandır",- deyə o bildirib.
Martin Qriffits qeyd edib ki, HƏMAS bizim üçün terror təşkilatı deyil, bildiyiniz kimi siyasi hərəkatdır.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 576 nəfərə çatıb.