Bakı,AzerVoice
Keçən il oktyabrın yeddisindən davam edən İsrail-HƏMAS müharibəsi zamanı İarail ordusunun Qəzzaya hücümları nəticəsində yaranan dağıntıların peyk görüntüsü yayınlanıb. AzerVoice-nin məlumatına görə,
Peyk görüntüləri İsrailin Qəzzada mülki infrastruktura hücumlarının miqyasını göstərir.
“The Guardian” qəzeti görüntüləri araşdıraraq Qəzza zolağındakı dağıntıları təhlil edib və İsrail bombardmanlarının mülki infrastrukturu məhv etdiyini və demək olar ki, bütün binalara ziyan vurduğunu müəyyən edib.
Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb.
Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.