Bakı. AzerPress:
Mustafa Kamal Atatürk ölkəmizin qurucu lideri və ortaq dəyəridir.
AzerPress-in məlumatına görə, bu barədə AK Partiya sözçüsü Ömer Çelik öz sosial media hesabında açıqlama verib.
"Qazi Mustafa Kamal Atatürk ölkəmizin qurucu lideri və ortaq dəyəridir. Atatürk mövzusunda həssas olan bütün vətəndaşlarımıza təşəkkür edirik" – deyə Çelik qeyd edib.
Xatırladaq ki, dünən Türkiyə Superkubokunun final oyunu ləğv olunub.
Oyunun başlamasına bir müddət qalmış "Fenerbahçe" və "Galatasaray" futbol klubları Səudiyyə tərəfinin pankartlara icazə verməməsini əsas göstərərək oyuna çıxmamaq qərarı alıblar.
Klub rəsmilərinin açıqlamalarına görə, Mustafa Kamal Atatürkün "Yurtda sulh, cihanda sulh" sözləri yazılan pankart Səudiyyə rəsmiləri tərəfindən qəbul edilməyib.
Məlumat üçün qeyd edək ki, hər iki komanda heyəti standionu tərk edib.
Hafiz Rufizoğlu