Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Husilər və İsrail: Yeni müharibə cəbhəsi, yoxsa simvolik qarşıdurma?

    11 İyul 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İsraillə Yəməndəki husilər arasında son dövrdə baş verən ən təhlükəli gərginlik dalğasında, İsrail qırıcı təyyarələri husilərin nəzarətindəki Qırmızı dəniz sahillərində yerləşən üç əsas liman – Əl-Hudeydə, Ras İsa neft limanı və Səlif ticarət limanı – ilə yanaşı, enerji istehsalı üçün istifadə olunan Ras Katnib elektrik stansiyasını hədəfə alıb. Bu hücum Yəmən iqtisadiyyatının "sinir mərkəzi" sayılan bölgələrə qarşı indiyədək görülən ən ciddi zərbə kimi qiymətləndirilir.

    İsrailin son hərbi əməliyyatı, husilərin İsrailə iki raket atmasına cavab olaraq həyata keçirilməklə yanaşı, onların gələcəkdəki hərbi eskalasiyalarına qarşı açıq xəbərdarlıq kimi dəyərləndirilir. İsrailin müdafiə naziri Yisrael Kats bildirib ki, “Yəməndə husilərlə münasibət İranla olan münasibətə bənzər şəkildə idarə olunacaq” və bu istiqamətdə İsrail Müdafiə Nazirliyinin artıq xüsusi planlara sahib olduğu qeyd olunub.

    Buna cavab olaraq, husilər Birləşmiş Ştatlara və İsrailə qarşı “F-35” qırıcı təyyarələrinə qarşı dayanıqlı olduqlarını açıqlayıb və Britaniyaya məxsus "Magic Sea" gəmisinin batırılması ilə bağlı məsuliyyəti öz üzərlərinə götürüblər.

    Qarşıdurmanın ssenariləri və reallıqlar

    Analitiklər hesab edir ki, İsrail və husilər bir-birilərini yetərincə tanımırlar. İsrail Yəmənin parçalanmış vəziyyətdə olduğunu, husilərin isə yalnız özlərini və zeydi məzhəbinə mənsub bir hissəni təmsil etdiyini başa düşür. Husilər nə Livan kimi müəyyən siyasi institutlara sahib dövlət, nə də klassik anlamda nizami orduya malikdirlər. Onlar, daha çox İranın ali rəhbərinə bağlı, təlim keçmiş silahlı milislər kimi qiymətləndirilir.

    Husilərin fəaliyyət sahəsi əsasən mülki ərazilər, dağlıq bölgələr və yeraltı tunellərlə məhdudlaşır. Onlar ballistik raket və pilotsuz uçuş aparatlarını məktəblərdən və yaşayış məhəllələrindən atmaqda ittiham olunurlar. Bu mübarizə İsrailə qarşı deyil, guya Qəzza ilə “həmrəylik” məqsədilə aparılır. Halbuki İranın "müqavimət oxu" adlı konsepsiyasına daxil edilməzdən öncə Qəzza husilərin siyasi gündəmində belə yer almamışdı.

    Əlavə olaraq, Yəmən İsraillə sərhəddə yerləşən bir ölkə deyil, coğrafi baxımdan 2000 km-dən artıq məsafə ilə ayrılır və mürəkkəb relyefi səbəbilə həm ABŞ, həm də İsrail üçün hücum və nəzarət baxımından çətinlik yaradır. Bu səbəbdən, İsrail və ABŞ dəfələrlə eyni limanları və hava limanlarını bombalayır, onların husilər tərəfindən yenidən istifadəsinin qarşısını almağa çalışır. Məqsəd, husilərin neft məhsullarını qara bazarda sataraq hərbi fəaliyyətlərini maliyyələşdirməsinin qarşısını almaqdır.

    Boşuna mübarizə və nəticəsiz qarşıdurma

    İsraillə husilər arasında davam edən bu qarşıdurma, analitiklər tərəfindən “küləyə qarşı tüpürmək” kimi qiymətləndirilir. Nə İsrail, nə də ABŞ husiləri tamamilə aradan qaldırmaq iqtidarındadır. Bu, yalnız milli və vahid komandanlığa malik yəmənli qüvvələrin quru əməliyyatları ilə mümkündür və bu da ABŞ və regional ölkələrin kəşfiyyat, hərbi və logistik dəstəyi olmadan həyata keçirilə bilməz.

    Eyni zamanda, husilər də nə Qəzzada soyqırımın qarşısını ala bilirlər, nə də işğal altındakı İordan çayının qərb sahilindəki məskunlaşma siyasətinə mane ola bilirlər. Onların istifadəsində olan raketlərin və PUA-ların sayı və yerləşmə yerləri məlum deyil və ciddi təsir gücünə malik olduqları şübhəlidir.

    Yəmən xalqı nə düşünür?

    Husilərin İsrail və Qərblə apardığı bu müharibə, əksər yəmənlilər tərəfindən dəstəklənmir. Yəmən xalqı İsraili tanımır və fələstinlilərlə həmrəydir, lakin bu savaşın qərarını yalnız dövlətin – parlamentin və hökumətin – verməli olduğunu düşünür. Silahlı bir qrupun belə bir mühüm məsələni özbaşına qərarlaşdırması xalqın iradəsinə ziddir.

    Husilərin Bab əl-Məndəb boğazında və Qırmızı dənizdə beynəlxalq ticarət gəmilərinə və enerji tankerlərinə hücumları, ABŞ və müttəfiqlərinin kəskin hərbi reaksiyasına səbəb olub. Bu isə Yəmənin iqtisadi infrastrukturuna, xüsusən limanlara, elektrik stansiyalarına və hava limanlarına ciddi zərər vurub və yəmənlilər arasında husilərə qarşı artan narazılıq doğurub.

    Boş ritorika və şişirdilmiş təhdidlər

    Husilər ABŞ-a, İsrailə və Böyük Britaniyaya qarşı təkrar-təkrar təhdidlər səsləndirirlər, bəzən qonşu ölkələri də hədəfə aldıqlarını bildirirlər. Bu ritorika Qərbdə qeyri-real və hətta gülünc qarşılanır. Husi hərbi sözçülərinin (Yəmən Silahlı Qüvvələri adından çıxış edən) pafoslu çıxışları isə çox vaxt satira mövzusu olur.

    Keçmiş prezident Əbdürrabbuh Mansur Hadinin dağıtdığı ordu parçalanmış vəziyyətdədir və əsasən Hadrəməvt və Məribdə fəaliyyət göstərir. Husilərlə birgə döyüşənlər isə SEPAH və Hizbullah təlimindən keçmiş döyüşçülər və qəbilə üzvləridir.

    İsrail və husilər arasında baş verənlər, hər iki tərəfin güc nümayişi və siyasi mövqe əldə etmək cəhdi kimi görünür. İsrail bölgədə üstünlük göstərmək və ABŞ dəstəyi ilə regiona siyasi diktə etmək istəyir. Husilər isə Hizbullahın zəiflədiyi bir vaxtda “müqavimət liderliyi”ni öz üzərlərinə götürməyə çalışırlar.

    Lakin analitiklər proqnozlaşdırırlar ki, Qəzzadakı vəziyyət normallaşdıqdan və İsrailin Suriya və Livanla münasibətlərini tənzimləməsindən sonra İran daha çox öz daxilinə yönələcək, Hizbullah isə silah məsələsi ilə bağlı daxili təzyiqlərlə üzləşəcək. Bu zaman husilər də yenidən Yəməndaxili savaşa qayıdacaqlar – çünki onlar elə əvvəldən "hərb üçün yaradılmış bir layihə" idilər. Lakin bu dəfə ölkənin digər qüvvələri də münaribəyə qatılacaq və bu region daha təhlükəli edəcək.

    #Husilər #İran və Husilər #Husilərin ideologiyası #Husilər və İran əlaqələri #Husilər və beynəlxalq ticarət #Husilərin ideologiyası nədir və hansı şüarlar səsləndirirlər? #Husilər Yəməndə insan haqlarını necə pozurlar? #İran Husilərə necə dəstək verir? #Husilər Yəməndə uşaq əsgərlərdən necə istifadə edirlər? #Husilər və beynəlxalq ticarət yollarına təsiri nədir? #Husilərin Qırmızı dənizdə hücumları nə məqsəd güdür? #ABŞ və Böyük Britaniya Husilərə qarşı hansı tədbirləri görür? #Husilər niyə terror təşkilatı siyahısına salındı? #Husilər məktəbləri və təhsili niyə hədəf alırlar? #Yəmən xalqı Husilərin zülmündən necə xilas ola bilər? #ABŞ-ın Yəməndə Husilərə hücumu #ABŞ-ın İran və Husilərə qarşı tədbirləri #Husilərin Qırmızı dənizdə fəaliyyəti #İranın Yəməndə husilərə dəstəyi #Husilərin raket hücumları #Husilərə qarşı ABŞ hərbi əməliyyatı 2025 #İranın dəstəklədiyi husilər #Yəməndə husilərə qarşı əməliyyat #Husilərin hücum cəhdi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Münqaişə husilərin varlıq mexanizmidir

    1 Noyabr 2025 07:02

    İsrail və ABŞ Yəməndə Husi liderinə sui-qəsd həyata keçirib

    16 Oktyabr 2025 20:36

    Husilərin istismar müddəti başa çatırmı?

    12 Oktyabr 2025 09:35

    Yəmən müharibəsində qalib yoxdur

    9 Oktyabr 2025 18:00

    Yəmən Tel-Əvivə raket zərbələri endirib

    29 Sentyabr 2025 14:29

    Yəmən ordusu Tel-Əvivi ballistik raketlə vurdu

    13 Sentyabr 2025 14:07

    Yəmən İsrailin hərbi hədəflərinə ballistik raket və dronlarla hücum edib

    12 Sentyabr 2025 11:26

    İsrailə qarşı 38 hərbi əməliyyat həyata keçirilib - Husilər

    11 Sentyabr 2025 21:52

    Qüds və Eylatdakı hədəflər vuruldu - Husilər

    10 Sentyabr 2025 10:08

    Suriya böhranında İsrailin həqiqi niyyəti nədir - sülh, təzyiq, yoxsa parçalanma

    9 Sentyabr 2025 10:00

    Husilər İsrail ərazisindəki hava limanlarını və hərbi obyektləri hədəf alıblar

    8 Sentyabr 2025 20:15

    Husilər İsrail ərazisinə hava hücumu həyata keçiriblər

    7 Sentyabr 2025 16:13
    Demo
    XƏBƏR LENTİ

    Türkiyəyə səfər edən Özbəkistan turistlərinin sayı 506 mini keçib (ÖZƏL)

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    Oktyabr ayında Türkiyədə 58 mindən çox qəza baş verib (ÖZƏL)

    Yuxuda dua etmək

    Şimali Kipr, Norveçin Cənubi Kiprə silah satışına etiraz edib

    Zəfər xronikası. 9 noyabr 2020-ci il: Prezident İlham Əliyev “BBC News”a müsahibə verib

    Səudiyyə Ərəbistanı daha əlçatan turizm layihələrinə başlayır

    Tarixdə bu gün - 9 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 9 noyabr

    Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.