Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    8200-cü Bölmə: İsrailin Kibermüdafiə və Kəşfiyyat Maşınının Sirrləri

    5 İyul 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    1967-ci il iyunun 6-da, Altı Günlük Müharibənin ikinci günü, İsrail Hava Qüvvələri Misir hava qüvvələrinə qəti zərbə endirdikdən saatlar sonra, kiçik bir İsrail bölməsi, Misir prezidenti Camal Əbdül Nasir və İordaniya Kralı Hüseyn arasında telefonla keçirilən mühüm danışıqları ələ keçirdi.

    Danışıqlar zamanı Nasir yalandan, Misir təyyarələrinin İsrail hədəflərinə zərbələr endirdiyini dedi və İordaniyanı münaqişəni artırmağa çağırdı, bu, İsrailin Qahirəyə təzyiqini azaltmaq üçün bir cəhd kimi görünürdü. Həmçinin, iki lider daha cəsarətli bir versiya yayımlamağa razılaşdılar, iddiaya görə, Britaniya və ABŞ təyyarələri Misirə hücum edirdi, beləliklə, regional müharibəni qlobal bir münaqişə kimi çərçivələyir.

    Bu versiya sürətlə Qahirə, Amman və Dəməşqdəki radio stansiyalarında yayımlandı və sonradan Moskvaya da çatdı, burada Misirin Sovet İttifaqındakı səfiri eyni iddiaları təkrarladı, ehtimal ki, bu Sovetləri müdaxiləyə təşviq etmək məqsədi daşıyırdı.
    İsrailin Müdafiə naziri Moşe Dayan hərbi kəşfiyyat başçısının etirazlarına baxmayaraq, cəsarətli bir qərar qəbul edərək bu telefon danışığının məzmununu İsrailin hərbi radiosunda yayımladı.

    Bu qərar, İsrailin ilk dəfə olaraq ələ keçirilmiş danışıqları açıq şəkildə yaydığı an idi. Bu həm də, o zaman yeni qurulmuş və İsrailin hərbi kəşfiyyat idarəsi "Aman"ın tərkibində artan əhəmiyyətə sahib olan "515-ci bölmə"nin ilk böyük uğuru idi. Bu bölmənin əsas məqsədi şifrəli məlumatları toplamaq idi. Bölmə daha sonra müxtəlif adlar altında genişlənərək, kibermüharibə kimi daha qabaqcıl sahələri əhatə etməyə başladı.

    Sonradan, bu bölmə ümumiyyətlə "Şəmuna Mataim" və ya "8200" adı ilə tanındı və bu gün İsrailin hərbi maşınının mərkəzi, döyünən ürəyi sayılır. Bölmə, İsrail ordusunun bəzi ən mühüm uğurları ilə yanaşı, bəzi ən ciddi uğursuzluqlara da imza atıb.

    8200-cü bölmə, bu günki böyük gücünü əldə etmədən əvvəl, əvvəlki illərdə "515-ci bölmə" kimi tanınırdı. Bu bölmə, 1960-cı illərdə, Misir prezidenti Camal Əbdül Nasir və onun yaxın dostu və müavini Əbdül Həkim Əmir arasındakı danışıqları deşifrə etməkdə uğur qazandı. Lakin bu məlumatlar o dövrdə vacib hesab edilmədi. O vaxtlar bu bölmə çox tanınmırdı, İsrail hələ də texniki kəşfiyyatın əvəzinə, əsasən insan kəşfiyyatına etibar edirdi,.

    8200-cü bölmə, Birləşmiş Krallığın mandatı dövründə, hərbi əlaqələri izləmək üçün kiçik bir bölmə olaraq qurulmuşdu. İsrail dövləti qurulduqdan sonra rəsmi olaraq "Şerut Modi'in-2" və ya "Şin Mem-2" adı ilə tanındı. Hərbi xidmətə daxil olmasına baxmayaraq, o vaxt bu bölmə Yafa şəhərində, kiçik bir iki mərtəbəli binada fəaliyyət göstərirdi, sonra tədricən böyüməyə başladı.

    Sonra, bolmədə ilk dəfə "IBM" tipli kompüterdən istifadə edilməyə başlanıldı. Əgər əvvəllər komanda bu işi yalnız kağız və qələm vasitəsilə görürdüsə, sonradan bu kompüterlər, Vaizman İnstitutunun təşəbbüsü ilə yeniləndi və bu, qərb texnologiyasını yerli ehtiyaclara uyğunlaşdırmaq üçün ilk cəhdlərdən biri idi. Amma bu mərhələ, bölmənin İsrailin ordusunda ən böyük və ən güclü ordu olmağa başladığı "qızıl dövr"dən çox uzaq idi.

    1973-cü il Yom Kippur Müharibəsi, 8200-cü bölmənin tamamilə dəyişməsinə səbəb oldu. Həmin vaxta qədər bölmə genişlənmişdi və 3.000-dən çox əsgərdən ibarət idi, əlavə olaraq İsrailin müxtəlif yerlərində bir neçə dinləmə stansiyası mövcud idi, xüsusilə Misir və Suriya əlaqələrinə diqqət ayrılırdı. Lakin bölmə ilk böyük uğursuzluğuna uğradı, çünki, onlar israilli siyasət və hərbi rəhbərlikləri Misirin Suriya ilə birgə hücumunun başlaması barədə xəbərdar etməmişdi.

    Bundan sonra 50 il keçdikdən sonra, eyni uğursuzluq 7 oktyabr HƏMAS hücumu zamanı təkrarlanmış və bu günə qədər araşdırma altındadır. 1973-cü ildəki uğursuzluq, Suriya parasütçülərinin Colan Təpələrindəki hərbi birliyə ilk hücumunu həyata keçirməsi ilə yadda qaldı.

    Bir neçə on il ərzində, İsrail ordusunun ən böyük bölməsinin adı gizli saxlanılırdı. Lakin 2000-ci ilin əvvəllərinə yaxın, əldə etdiyi böyük uğurları ilə diqqət çəkdi.

    Sonrakı mərhələdə, dünya üzrə kəşfiyyat cəmiyyətində texnologiyanın rolu artırıldı. 11 sentyabr hadisələrindən sonra, ABŞ-da kütləvi müşahidə daha da sürətləndi, və bu, kibermüdafiə fəaliyyətlərini daha da gücləndirdi. Bu müddətdə İsrail də oxşar addımlar ataraq, kibermüdafiə sahəsində böyük bir baza yaratdı.

    Israil kibermüdafiəsinin önündə yer alan bu bölmə, həmçinin "Stuxnet" virusunu inkişaf etdirdi ki, bu, İranın nüvə proqramına qarşı istifadə edilib. Bu virus, İranın uran zənginləşdirmə qurğularını məhv etdi.

    Həmçinin, bu bölmə dövrün qabaqcıl texnologiyalarını tətbiq edərək, İsrailin kibermüdafiə qabiliyyətlərini inkişaf etdirdi.

    #İsrail #Şin-Bet #Türkiyədə İsrail boykotu #ABŞ-İsrail ortaq strategiyası #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Netanyahu 7 Oktyabr istintaqı #İsrail 7 Oktyabr hücumu #7 Oktyabr HƏMAS hücumu #Netanyahu niyə 7 Oktyabr istintaqını qəbul etmir? #7 Oktyabrda İsraildə nə baş verdi? #Netanyahu 7 Oktyabr hadisələrində günahkardırmı? #Şabak hesabatı 7 oktyabr HƏMAS hücumu #7 oktyabr Həmas hücumunu Şabak niyə dayandıra bilmədi? #HƏMAS-ın 7 oktyabr hücumu və nəticələri #Şin Bet #Stuxnet #8200-cü Bölmə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    Ərdoğan və Şərif Bakıda regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə ediblər

    8 Noyabr 2025 22:06

    Atəşkəsdən sonra İsraildə müharibədən sonrakı siyasi gərginlik yaşanır

    8 Noyabr 2025 18:43

    İsrail müdafiə naziri Qəzza zolağında bütün tunellərin məhv edilməsini əmr etdi

    7 Noyabr 2025 14:48

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    İsrail ordusu Livanın cənubuna hava hücumu həyata keçirib

    6 Noyabr 2025 14:56

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    MİT rəhbəri HƏMAS-la atəşkəs prosesini müzakirə edib

    5 Noyabr 2025 22:46

    İsrailə böyük ordu lazımdır – Netanyahu

    4 Noyabr 2025 00:20

    İstanbulda Qəzza zirvə görüşü başa çatıb

    3 Noyabr 2025 20:25

    İsrailin keçmiş hərbi prokuroru görə həbs edilib

    3 Noyabr 2025 11:57

    Beyrut və Təl-Əviv... Beynəlxalq vasitəçiliklə aparılan danışıqların tarixi

    2 Noyabr 2025 22:00
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Corc Buş terrorizm barədə BMT-də çıxış etdi

    Züha surəsi nədən bəhs edir?

    Tarixdə bu gün - 10 noyabr

    Ermənistanın kapitulyasiya aktına imza atmasından beş il ötür

    Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)

    Dünyanın İlk Universitetinin Qurucusu Müsəlman Qadın: Fatimə əl-Fihri kim idi?

    İslamda bədənə qulluq olarmı?

    “Qarabağ” Azərbaycan derbisində “Neftçi”yə qalib gəlib

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)

    Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.