Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Hesablama Palatasının 2026–2030-cu illər üzrə Strateji Planının ilkin layihəsi təqdim edilib

    18 Dekabr 2025 11:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email


    BAKI, AzerVoice

    Azərbaycan Respublikası Hesablama Palatasının 2026–2030-cu illəri əhatə edən Strateji Planının ilkin layihəsinin təqdimatı keçirilib.

    Hesablama Palatasından AzerVoice-a verilən məlumata görə, tədbirdə Hesablama Palatasının sədri və kollegiya üzvləri, Milli Məclisin üzvləri, ekspertlər, struktur bölmələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.

    İlk olaraq Hesablama Palatasının sədri Vüqar Gülməmmədov strateji planın əhəmiyyətindən bəhs edib, dövlət maliyyəsinin idarəedilməsi sahəsində aparılan islahatlara və onlardan irəli gələn çağırışlara adekvat reaksiya verilməsi üçün müəyyənləşdirilmiş məqsədlərdən söz açıb.

    Daha sonra Hesablama Palatasının aparat rəhbəri və struktur bölmə əməkdaşları strateji planın hazırlanması prosesi, cari vəziyyətin qiymətləndirilməsində istifadə olunan alətlər və onların nəticələri, strateji məqsədlər, yekun və aralıq nəticələr, monitorinq sistemi, habelə planın resurs və risk qiymətləndirilməsi barədə ətraflı məlumat veriblər.

    Qeyd olunub ki, yeni plan növbəti 5 illik dövr üzrə fəaliyyətin yol xəritəsi rolunu oynamaqla dövlət maliyyəsinin idarəedilməsində keyfiyyətli dövlət auditinin rolunun artırılmasına xidmət edir. Əsas diqqət Dövlət Auditi İnformasiya Sisteminin tam qurulması, o cümlədən digər dövlət qurumlarının informasiya sistemlərinə inteqrasiyanın yaradılması, mümkün istiqamətlərdə süni intellektin tətbiqi və data analitika alətlərindən istifadənin genişləndirilməsi, yüksək keyfiyyətli dövlət auditi təcrübəsinin davam etdirilməsi, konsolidə edilmiş maliyyə hesabatlarının auditi, OMXÇ-nin auditi, beynəlxalq standartların tətbiqinin genişləndirilməsi, tövsiyələrimiz əsasında dövlət maliyyəsinin idarəedilməsinin gücləndirilməsi, qlobal təşəbbüslərə dəstəyin verilməsi, beynəlxalq ali audit orqanları cəmiyyətində peşəkar imicin bir qədər də artırılması və s. kimi prioritetlərə yönəldiləcəkdir.

    Təqdimat çərçivəsində qonaqların bir sıra məsələlərlə bağlı təklifləri səsləndirilib.

    Hesablama Palatasının 2026–2030-cu illər üzrə Strateji Planının ilkin layihəsi təqdim edilib
    Hesablama Palatasının 2026–2030-cu illər üzrə Strateji Planının ilkin layihəsi təqdim edilib
    Hesablama Palatasının 2026–2030-cu illər üzrə Strateji Planının ilkin layihəsi təqdim edilib
    Hesablama Palatasının 2026–2030-cu illər üzrə Strateji Planının ilkin layihəsi təqdim edilib
    Hesablama Palatasının 2026–2030-cu illər üzrə Strateji Planının ilkin layihəsi təqdim edilib
    Hesablama Palatasının 2026–2030-cu illər üzrə Strateji Planının ilkin layihəsi təqdim edilib
    #Azərbaycan #Milli Məclis #Vüqar Gülməmmədov #Hesablama Palatası Azərbaycan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İnnovasiya ekosisteminin ən fəal oyunçuları mükafatlandırılıb

    18 Dekabr 2025 13:22

    Sosial Xidmətlər Agentliyinin 2 mobil tətbiqi Milli İnternet Mükafatına layiq görülüb

    18 Dekabr 2025 13:14

    Prezident İlham Əliyev: İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir

    18 Dekabr 2025 11:59

    Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu ünvanlayıb

    18 Dekabr 2025 11:55

    Mediada İnklüziv Dildən İstifadənin Təşviqi mövzusunda seminar keçirilir

    18 Dekabr 2025 11:22

    Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub

    18 Dekabr 2025 10:38

    Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumatı

    18 Dekabr 2025 10:16

    Ağdamda 43 yaşlı kişinin traktorla minaya düşməsi ilə bağlı araşdırmalara başlanılıb

    18 Dekabr 2025 10:05

    Azərbaycan və Oman enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər

    17 Dekabr 2025 16:16

    Sahibə Qafarova Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamələrini qərəzli adlandırıb

    17 Dekabr 2025 16:00

    Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib

    17 Dekabr 2025 13:41

    Bakı Fond Birjasının nümayəndələri Qarabağ Universitetində tələbələrlə görüş keçirib

    17 Dekabr 2025 11:12
    Demo
    XƏBƏR LENTİ

    İnnovasiya ekosisteminin ən fəal oyunçuları mükafatlandırılıb

    Sosial Xidmətlər Agentliyinin 2 mobil tətbiqi Milli İnternet Mükafatına layiq görülüb

    Türkiyə Silahlı Qüvvələrinin inventarına Bayraktar TB-3 SİHA daxil edilib

    Energetika Nazirliyində kollegiya iclası keçirilib

    Almaniya müdafiə xərclərində böyük artım – 50 milyard avroluq silah alışı təsdiqləndi

    ABŞ və BƏƏ XİN rəhbərləri Sudanda atəşkəs məsələsini müzakirə edib

    Qaziantep hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib (ÖZƏL)

    Prezident İlham Əliyev: İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir

    Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu ünvanlayıb

    Qəzzada humanitar əməliyyatlar çökə bilər - BMT

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.