11
BAKI, AzerVoice
İranın dövlət kanalı Trampın elan etdiyi atəşkəsin yerli vaxtla başladığını bildirərkən, İsrail ordusu İrandan yeni raket hücumu edildiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, İran mətbuatı xəbər verir ki, ABŞ prezidenti Donald Trampın elan etdiyi İran və İsrail arasında atəşkəs səhər saat 08:00-da qüvvəyə minib. Lakin İsrail ordusu atəşkəsə baxmayaraq İran tərəfindən yeni raket hücumu həyata keçirildiyini iddia edib.
Bildirilib ki, İsrail üçün atəşkəs səhər saat 08:00-da deyil, 12 saat sonra, axşam saat 20:00-da qüvvəyə minəcək.
İran hərbi mənbələrindən hələlik rəsmi açıqlama verilməyib.