Əsas səhifə » Türkiyədə Misir Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

Türkiyədə Misir Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin yanvar- may ayında Türkiyədə Misir kapitalı ilə 27 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25 şirkət azdır.

Bu barədə AzerVoice -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 20 milyon 420 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 83 milyon 310 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - may ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (27) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 20 milyon 420 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - may ayında Türkiyədə Misir kapitalı ilə 22 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Digər Kateqoriyalar

2025 © Azervoice