BAKI, AzerVoice
ABŞ İranla birbaşa əlaqə saxlamağa hazırdır.
AzerVoice xəbər verir ki, Fransa mətbuatında yer alan məlumatlara görə, ABŞ dövlət katibi Marko Rubio fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığında Vaşinqtonun istənilən vaxt İranla birbaşa təmas qurmağa hazır olduğunu bildirib.
Fransa diplomatik mənbələrinə əsasən, gecə saatlarında keçirilən telefon danışığında tərəflər İranın nüvə və ballistik proqramlarının İsrail və Avropa üçün təhlükə yaratdığına dair ortaq mövqe ifadə ediblər.
Məlumata görə, Barro həmkarını bu gün İsveçrənin Cenevrə şəhərində Fransa, Almaniya, Böyük Britaniya və İran xarici işlər nazirləri ilə Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallasın iştirakı ilə keçirilməsi planlaşdırılan görüşdə izlənəcək yanaşma barədə məlumatlandırıb.
Qeyd edək ki, avropalı nazirlər İranın xarici işlər naziri Abbas Ərakçini nüvə proqramına dair diplomatik prosesə qayıtmağa və danışıqları davam etdirməyə çağırmağı planlaşdırırlar.