Əsas səhifə » Tehranda İsrailə məxsus iki PUA vurulub

Tehranda İsrailə məxsus iki PUA vurulub

BAKI,AzerVoice

İranın paytaxtı Tehranda İsrailə məxsus iki insansız hava aparatının (PUA) vurulduğu açıqlanıb.

AzerVoice xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyənat yayıb.

Bəyanatda bildirilir ki, Tehranın cənubundakı Şəhri Rey rayonunda bir kamikadze PUA, Təbriz neftayırma zavoduna yaxın ərazidə isə bir mini PUA SEPAH qüvvələri tərəfindən zərərsizləşdirilib.

Xatırladaq ki, 13 iyun tarixində İsrail İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektlərinə və ordunun yüksək rütbəli komandanlığına qarşı genişmiqyaslı hücumlar həyata keçirib.

Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, SEPAH-ın baş komandanı və bir neçə yüksək vəzifəli zabit, həmçinin doqquz nüvə alimi həyatını itirib.

İran Səhiyyə Nazirliyinin 15 iyun tarixli məlumatına əsasən, İsrailin hava zərbələri nəticəsində 224 mülki şəxs həlak olub, 1277-dən çox insan isə yaralanıb.

İranın cavab zərbəsi zamanı İsrail ərazisinə balistik raketlərlə hücum təşkil edilib. İran mediasının məlumatına görə, bu hücum nəticəsində İsraildə 25 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice