Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    İran liderlərinə hücum: İsrailin növbəti planı nədir?

    13 İyun 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    İsrailin İranın nüvə obyektlərinə, ballistik raket bazalarına və yüksək səviyyəli hərbi rəhbərliyinə qarşı həyata keçirdiyi hava hücumları, keçənilki qarşıdurmaları xeyli geridə qoyan və daha dərin strateji hədəflər güdən ciddi eskalasiyanı təmsil edir.

    Ötən il tərəflər arasında yaşanan qarşılıqlı hücumlar daha çox vasitəçilər və xüsusi əməliyyatlarla məhdudlaşsa da, yeni mərhələyə qədəm qoyan bu hücumlar artıq birbaşa və genişmiqyaslı hərbi qarşıdurmanı əks etdirir. İsrailin məqsədi bu dəfə yalnız hərbi balansı dəyişmək deyil, İranın müdafiə sisteminə və nüvə proqramına ciddi zərbə vurmaqdır.

    İsrailin “Yüksələn Aslan” adlandırdığı əməliyyat çərçivəsində, İran ordusunun və “Sepah”ın (İslam İnqilabı Keşikçiləri Korpusu) komandanlığına, o cümlədən “Qüds Qüvvələri”nin rəhbərinə birbaşa zərbələr endirilib. İsrail mətbuatına görə, bu hücumlar bir neçə gün davam edə bilər və taktiki deyil, strateji xarakter daşıyır.

    İranın rəsmi mediası artıq “Sepah” baş komandanı general Hüseyn Səlaminin İsrailin hava hücumları nəticəsində həlak olduğunu təsdiqləyib. Bu, İsrailin həyata keçirdiyi altı hava hücumu dalğasından birində baş verib.

    Həmçinin, İranın nüvə proqramına rəhbərlik edən fiqurlar və İranın Ali Dini Lideri Əli Xameneinin milli təhlükəsizlik müşaviri Əli Şəmxani də hücumların hədəfində olub.

    Qüds Qüvvələrinin rəhbəri general İsmayıl Qaaninin hədəfə alınması isə, İsrailin İranın xarici təsir gücünü və regional vasitəçilər üzərindəki nəzarətini zəiflətmək istədiyini göstərir. Xüsusilə də 2023-cü ilin oktyabrında HƏMAS tərəfindən həyata keçirilən hücumdan sonra ABŞ-İsrail hərbi əməkdaşlığı çərçivəsində bu qüvvəyə qarşı təzyiqlər artmışdı.

    İsrail bu əməliyyatla İranın hərbi və strateji reaksiya qabiliyyətini zəiflətmək niyyətindədir. Bu, artıq sadəcə intiqam deyil, İranın gələcək hərbi və nüvə ambisiyalarını ciddi şəkildə iflic etmə cəhdidir.

    Maraqlısı odur ki, bu əməliyyat ABŞ və İran arasında nüvə sazişi ilə bağlı qeyri-rəsmi dialoqun getdiyi bir vaxtda həyata keçirilib. “Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp əməliyyatdan bir neçə gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək, hücumdan imtina etməyi tövsiyə edib.

    Lakin görünən odur ki, Netanyahu hökuməti bu tövsiyəni nəzərə almayıb və HƏMAS hücumlarından sonra İsrailin regional hərbi strategiyasını daha yüksək səviyyəyə qaldırmaq qərarına gəlib. İsrail bu dəfə Livandakı Hizbullah kimi vasitəçiləri deyil, birbaşa Tehrandakı qərarverici mərkəzləri hədəfə alır.

    Bu hücumlar həmçinin İranın uranı zənginləşdirmə səviyyəsinin mülki sərhədləri aşdığına dair artan narahatlıqlarla üst-üstə düşür. Qərbdə və İsraildə bu prosesin hərbi istiqamətə yönələ biləcəyi qorxusu mövcuddur – bu, İranın nüvə silahı hazırlamasına dair illərdir davam edən şübhələri yenidən alovlandırır. Halbuki İran dini liderin verdiyi fətvaya istinad edərək nüvə silahından istifadəni qadağan etdiyini iddia edir və proqramının yalnız sülh məqsədli olduğunu bildirir.

    Hazırda İranın regiondakı vasitəçi qüvvələrinin zəiflədiyi bir zamanda, əsas münaqişə oxunun İsrail ilə İran arasında birbaşa qarşıdurmaya keçəcəyi ehtimal olunur. Bu isə ənənəvi proksi (vasitəçi) müharibələrin dinamikasını dəyişir və daha genişmiqyaslı regional müharibə riskini azaltsa da, tamamilə aradan qaldırmır.

    Hazırkı mərhələ, İran-İsrail qarşıdurmasında kritik həddə çatıldığını göstərir. Hər iki tərəfin atdığı addımlar yanlış hesablamalarla daha geniş və dağıdıcı qarşıdurmaya çevrilə bilər.

    Qarşıdurma artıq media və təbliğat müharibəsi çərçivəsindən çıxaraq real hərbi əməliyyatlara keçib. İki tərəf də ötən aylarda qəhrəmanlıq nağılları ilə informasiya müharibəsi aparsalar da, indi İsrailin həyata keçirdiyi birbaşa hərbi əməliyyatlar artıq siyasi ritorika sərhədlərini aşır.

    İranın mümkün cavab zərbəsi isə, regional səviyyədə daha ciddi və dağıdıcı nəticələrə gətirib çıxara bilər.

    #İsrail #İran #Benyamin Netanyahu #Tehran #Ayətulla Seyid Əli Xamenei #İran XİN #SEPAH #raket #hava hücumu #İsrail ordusu #İsrail zabitləri #İsmayıl Qaani #İsrail və İran gərginliyi #İran-ABŞ münasibətləri #İranın ali rəhbəri #İsrail-İran münaqişəsi #İranın nüvə proqramı #ABŞ-İsrail əməkdaşlığı #İsrailin hərbi əməliyyatları #İsrailin hava hücumları #İranın uran zənginləşdirməsi #İranın uran zənginləşdirmə səviyyəsi #İsrailin hava zərbələri #Hüseyn Səlami #Hava zərbəsi #hava zərbələri #İranın nüvə proqramı 2025 #Raket hücumu #İranın uran zənginləşdirmə siyasəti #Tehranın nüvə obyektləri #Uran zənginləşdirmə mübahisəsi #İranın nüvə obyektləri #Məhəmməd Hüseyn Baqeri #Təbriz #Yüksələn Aslan əməliyyatı #Əli Şəmxani #Nətənz nüvə obyekti #ballistik raket bazaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    Zaman qazanmırıq, sanksiyaların ləğvini gözləyirik - İran XİN

    10 Fevral 2026 13:01

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İran ABŞ-la nüvə danışıqları barədə region ölkələrini məlumatlandırıb

    10 Fevral 2026 10:11

    İran ali liderinin müşaviri Əli Laricani Omana rəsmi səfər edəcək

    9 Fevral 2026 14:10

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36
    XƏBƏR LENTİ

    Messi 2026 Dünya Çempionatını buraxa bilər

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına yeni direktor TƏYİNATI

    Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olunub

    Misofobiya: Mikroblardan duyulan patoloji qorxu

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    BYD qlobal avtomobil sektorunda necə liderə çevrildi?

    836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.