BAKI, AzerVoice
ABŞ, İrandakı rəhbərliyə yardım məqsədilə vəsaitlərin yuyulmasına qarşı mübarizə məqsədilə 10 fiziki və 27 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sanksiya altına düşən şirkətlər və fiziki şəxslər bir sxemə daxil olub, bunun vasitəsilə "bir neçə milyard dolları yuyub". Bu, iddiaya görə, neft və digər malların satışından əldə edilən gəlirlərlə, ABŞ-ın tətbiq etdiyi sanksiyaları əngəlləyərək həyata keçirilib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərin Nəzarəti Bürosu (OFAC) tərəfindən yayımlanan məlumatlara əsasən, məhdudiyyətlər 9 iran və 1 Çin vətəndaşına tətbiq edilib. Bununla yanaşı, sanksiyalar 27 şirkəti əhatə edib ki, onların 17-si Honq Konqda, 5-i BƏƏ-də digər 5-i isə İranda yerləşir.
Sanksiya siyahısına daxil olmaq ABŞ-da aktivlərin dondurulması və amerikalı vətəndaşlar və şirkətlər üçün həmin şəxslərlə ticarət etmənin qadağan edilməsi deməkdir.