BAKI, AzerVoice
Egey dənizində 5 bal gücündə zəlzələ qeydə alınıb
AzerVoice xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Egey dənizində, Krit adası yaxınlığında 5,0 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
Qeyd edək ki, yeraltı təkanlar yerli vaxtla saat 14:35-də qeydə alınıb. İlkin məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.