Əsas səhifə » Ərdoğan Rusiya-Ukrayna danışıqlarını müsbət qiymətləndirib

Ərdoğan Rusiya-Ukrayna danışıqlarını müsbət qiymətləndirib

BAKI, AzerVoice

Ən böyük arzum həm Putini, həm də Zelenskini İstanbulda və ya Ankarada bir araya gətirməkdir. Hətta Trampı da yanlarına almaq istəyirəm.

AzerVoice xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamada yer alıb.

"Bu gün İstanbulda Rusiya-Ukrayna nümayəndə heyətləri bir araya gəldi. Möhtəşəm bir görüş oldu. Bu dəfə əsir mübadiləsi min nəfəri keçdi. Əsir mübadiləsindən əlavə həm Rusiya, həm də Ukrayna tərəfi cəsədlərin geri qaytarılması ilə bağlı razılığa gəldi" - deyə, o bildirib.

Qeyd edək ki, bugün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri görüş keçiriblər. Görüşə Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edib. Sammit çərçivəsində tərəflər arasında atəşkəs şərtləri, hərbi əsirlərin dəyişdirilməsi və gələcək liderlər görüşü üçün hazırlıqlar müzakirə olunub. Görüşdə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edib.

Rusiya nümayəndə heyətinə Rusiya Federasiyasının vitse-prezidenti Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksandr Fomin və Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Kostyukov daxil olub. Ukrayna tərəfini isə müdafiə naziri Rustem Umerov, xarici işlər nazirinin birinci müavini Sergiy Kislitski və kəşfiyyat xidmətlərinin nümayəndələri təmsil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice