BAKI, AzerVoice
İranın hər hansı hərbi təcavüzünə sarsıdıcı acavb veriləcək.
AzerVoice xəbər verir ki, bu sözləri İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Məhəmməd Əli Naini deyib.
“Sionist rejimin İrana qarşı hər hansı bir axmaqlığı, zəif və kövrək coğrafiyasında sərt və dağıdıcı cavabla qarşılanacaq” - deyə, o bildirib.
O həmçinin qeyd edib ki, İran əvvəlki illərlə müqayisədə hərtərəfli şəkildə güclənib və hərbi inkişaf nəzərəçarpacaq səviyyədədir. Onun sözlərinə görə, sionist rejim artıq İran döyüşçüləri üçün aydın bir hədəfdir.
“İşğalçı rejimin əsas dayağı ABŞ və Qərb ölkələridir. Yaxın Şərqdə və dünyada sabitlik yalnız İsrailin aradan qalxması ilə mümkün olacaq” - deyə, SEPAH sözçüsü bildirib.
“Hərbi münaqişədən qorxmaqda İranı ittiham etmək, xalq və ordu arasında olan güclü dəstəyi düzgün qiymətləndirməməkdir. Düşmən daimi xəyallar içində yaşayır və İran xalqı İraq müharibəsində olduğu kimi yenidən özünü müdafiə edəcək”, – deyə o əlavə edib.
Qeyd edək ki, hazırda İran daxili və regional təzyiqlərlə üz-üzədir və xüsusilə də "müqavimət oxu" adlanan müttəfiqlərinin nüfuzunun azalması fonunda ABŞ-la danışıqlara getməyə məcbur görünür.