Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    İsrail və Misir addım-addım yaxınlaşır-MÜHARİBƏYƏ

    19 May 2025 16:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Mısır hökumətinin elektrik stansiyalarının işləməsi üçün həyati əhəmiyyət kəsb edən təbii qaz ehtiyaclarını təmin etmək məqsədilə son günlərdə atdığı addımlar, xüsusilə də İsraildən qaz idxalının azaldılması fonunda, Qahirə ilə Təl-Əviv arasında dərinləşən diplomatik gərginliyin enerji sahəsinə də sirayət etdiyini göstərir.

    Mısır hazırda Rusiya ilə qazın mayeləşdirilməsi üzrə stansiyaların qurulması istiqamətində danışıqlar aparır. Bundan əvvəl isə Qahirə, Ankarayla bir saziş imzalayaraq, Türkiyənin nəhəng qaz tankerlərindən birini icarəyə götürüb. Bu tanker mayeləşdirilmiş qazı qəbul edib, onu yenidən qaz halına gətirərək yerli enerji şəbəkəsinə ötürmək gücünə malikdir.

    Eyni zamanda, Mısır Qətərlə uzunmüddətli qaz təminatı sazişləri bağlayıb. Mısırın neft naziri Kərim Bədəvi bu məqsədlə Dohada bir sıra görüşlər keçirib. 2013-cü ildən bəri Qətər qazının idxalını dayandıran Qahirə üçün bu addım iki ölkə münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirilir.

    İsrail isə iyul və avqust aylarında Mısır üçün qaz tədarükünü gündəlik 1 milyard kubfutdan 800–850 milyon kubfuta endirməyi planlaşdırır. Bununla yanaşı, Təl-Əviv, qazın hər milyon kubfuta görə qiymətini 25 faiz artıraraq 9.4 dollara çatdırmaq istəyir. Bu isə qlobal qaz qiymətlərinin ucuzlaşdığı dövrdə belə, Misirdə enerji xərclərini artıracaq.

    İsrailin bu qərarı daxildə qaz ixracının məhdudlaşdırılması tələblərinin artması fonunda qəbul edilib. Mısırın isə alternativ qaz mənbələri axtarmağa başlaması, Təl-Əvivlə səfir mübadiləsini dayandırması və Qəzzadakı müharibənin davam etməsi, bütün bunların arxasında siyasi faktorların dayandığını göstərir.

    Beş il əvvəl başlamış Mısır-İsrail qaz əməkdaşlığı uzun müddət sabit qalsa da, Qəzza müharibəsi bu sahəyə ciddi təsir göstərib. Müharibənin ilk aylarında qaz axını tamamilə dayanmışdı və sonradan qismən bərpa edilib.

    Mısırın milli təhlükəsizlik məsələlərində Qəzza müharibəsinin təsirlərini nəzərə aldığı bildirilir. Milli təhlükəsizlik eksperti general Məhəmməd Əbdülvahid bildirib ki, son illərdə hər iki ölkə sülh sazişinə sadiq qalsa da, İsrailin Qəzzadakı vəziyyəti siyasiləşdirməsi və fələstinliləri zorla köçürmək planları Qahirənin ciddi narazılığına səbəb olub.

    Əbdülvahid həmçinin qeyd edib ki, İsrailin Mısırın hərbi gücünü inkişaf etdirməsinə qarşı yönələn tənqidləri, eləcə də Baş nazir Netanyahu hökumətinin ABŞ-a arxalanaraq Qəzzanı fələstinlilərdən “boşaltmaq” planı, ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb. Onun sözlərinə görə, İsrail Misirin “qırmızı xətlərini” keçərsə, bu gərginlik silahlı qarşıdurmaya çevrilə bilər. Bu xətlər fələstinlilərin zorla köçürülməsi və onların Sina bölgəsinə yönləndirilməsi ehtimalını əhatə edir.

    Ekspert əlavə edib ki, İsrail ABŞ-ın diqqətini Mısırın Çin və Rusiya ilə yaxınlaşmasına, o cümlədən Çin hərbi aviasiyasının Misir hava məkanında görünməsinə çəkməyə çalışır. Bu isə iqtisadi əməkdaşlıq da daxil olmaqla, ikitərəfli münasibətlərin bir çox sahəsinə mənfi təsir göstərir. Hazırda Təl-Əvivdə Misirin səfiri yoxdur və İsrailin Qahirədə yeni səfir təyin etməsinə də Mısır etiraz edir.

    İsrailin “Yediot Aharonot” qəzeti yazır ki, İsrailin yeni səfiri Uri Rotmanın akreditasiya sənədləri Qahirə tərəfindən qəbul edilməyib. Buna səbəb İsrailin Qəzzadakı hərbi əməliyyatları və Rafah şəhərində yerləşməsi göstərilir ki, bu da Misirin milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilir.

    İqtisadçı ekspert Əli İdrisi bildirib ki, diplomatik gərginlik iqtisadi münasibətlərə, o cümlədən qaz təchizatı və ümumi ticarətə təsir edir. İsrail və Misir arasında illik ticarət dövriyyəsi 3 milyard dolları keçmir və qaz ixracı üzrə əməkdaşlıq da bu ticarətin bir hissəsidir.

    İdrisi əlavə edib ki, İsraildə Mısırla ticarət əlaqələrinin azaldılması çağırışları artır və bu, yaxın aylarda qaz təchizatına da təsir edə bilər. Qaz, artıq beynəlxalq münasibətlərdə təzyiq aləti kimi istifadə edilir və İsrail bu yolla Qahirəyə Qəzza məsələsində istədiyi nəticələri diktə etməyə çalışır. Bu səbəbdən Mısır uzunmüddətli alternativ sazişlərlə öz enerji təhlükəsizliyini təmin etməyə çalışır.

    Mısırda enerji qıtlığının ilk əlamətləri artıq görünməyə başlayıb. Aprel ayının sonundan etibarən ağır sənaye müəssisələrinə qaz təchizatı 10 faiz azaldılıb və bu, ötən il elektrik enerjisinin kəsilməsi ilə müşahidə olunan böhranın təkrarlanacağına dair xəbərdarlıq kimi qiymətləndirilir.

    #Misir şirkətləri #misir xəbərləri #Misir neft naziri Karim Bədavi #Misir-İsrail münasibətləri #Misir İsrail enerji əməkdaşlığı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26

    Qahirənin HƏMAS və Qəzza mövqeyi necədir?

    27 Oktyabr 2025 12:00

    Misir ordusu maksimum döyüş hazırlığı vəziyyətinə gətirildi

    4 Sentyabr 2025 16:18

    Türkiyədə Misir şirkətlərinin qeydiyyatı və sərmayəsi azalıb (ÖZƏL)

    26 Avqust 2025 16:18

    Misir HƏMAS-dan sonrakı Qəzzanı idarə etmək üçün qüvvə göndərməyi təklif edir

    19 Avqust 2025 15:00

    Qəzzada olan dəyişikliklər qəbuledilməzdir - Misir

    18 Avqust 2025 15:55

    Qədim Misirdə musiqi alətləri və rəqs mədəniyyəti

    16 Avqust 2025 13:51

    Misir–İsrail münasibətlərində gərginliyin səviyyəsi nə qədərdir?

    4 Avqust 2025 11:32

    Misir və ərəb ölkələri Qəzzada atəşkəs üçün səyləri birləşdirir

    10 İyul 2025 17:22

    Qırğızıstan vətəndaşları İsraildən Misir üzərindən təxliyə ediləcək

    23 İyun 2025 10:23

    İsrailin hücumu regionu xaosa sürükləyə bilər - Misir

    13 İyun 2025 15:43

    Misir-İran münasibətləri: Həqiqi irəliləyiş, yoxsa köklü ziddiyyətlər?

    8 İyun 2025 15:00
    Demo
    XƏBƏR LENTİ

    Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

    Türkiyədə 4,4 bal gücündə zəlzələ baş verib

    Müdafiə Nazirliyi Atatürkün anım günü ilə bağlı paylaşım edib

    Əmin və bacarıqlı kadrların rəhbərliyi ilə Türkiyə qlobal güc olma yolunda inamla irəliləyir - Ərdoğan

    Türkiyədən Azərbaycana tekstil ixracı 42 milyon dolları keçib (ÖZƏL)

    44 günlük müharibəyə həsr olunmuş tədbirlər həyata keçirilib

    “Zəfər – Qürur Tariximiz” adlı ədəbi-bədii tədbir keçirilib

    Türkiyə ən çətin anda yanımızda oldu - Sudan

    Suriya Prezidenti bu gün Ağ Evdə Donald Tramp ilə görüşəcək

    Yəmən: Tarixi İrs, Coğrafiya və Müasir Reallıqlar

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.