Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Türkiyə Suriyaya enerji ixracına başlayır

    10 May 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyə Suriyaya enerji ixracına başlayır – Gözlənilən gəlir 1 milyard dollardan çox olacaq.

    AzerVoice xəbər verir ki, Türkiyə Suriyada həyatın normallaşdırılması və yenidənqurma prosesinə töhfə olaraq bu ölkəyə elektrik və təbii qaz ixracına başlayacaq.

    İxracatın üç ay ərzində həyata keçirilməsi və Türkiyə xəzinəsinə ümumilikdə 1 milyard 60 milyon dollar gəlir gətirməsi planlaşdırılır.

    Hazırda Suriyaya 200 meqavat elektrik enerjisi ixrac olunur. Birecik-Hələb enerji xətti üzrə 500 meqavatlıq əlavə güc üçün texniki işlər başa çatmaq üzrədir. Yaxın aylarda ixrac gücü 700 meqavata çatacaq və bu da Suriyada təxminən 350 min ev təsərrüfatının elektrik tələbatını ödəyəcək.

    Bununla yanaşı, Kilis-Hələb Təbii Qaz Xəttinin inşasının üç ay ərzində tamamlanacağı gözlənilir. Xətt vasitəsilə gündəlik 6 milyon kubmetr, illik isə 2 milyard kubmetr təbii qaz ixrac ediləcək. Hazırkı bazar qiymətləri ilə bu, 710 milyon dollarlıq qaz ixracı deməkdir.

    Qeyd edək ki, Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, ixrac ediləcək qazın əsasən Hələb və Homsdakı elektrik stansiyalarında istifadə olunacağını bildirib. Nazir əlavə edib ki, enerji təminatı Suriyada həyatın normallaşması və Türkiyədəki suriyalıların könüllü geri dönüşü üçün vacib şərtlərdən biridir.

    #Türkiyə #Alparslan Bayraktar #Suriya #enerji istehlakı #qaz ixracı #Türkiyə Suriyada infrastruktur dəstəyi #Türkiyə Suriya münasibətləri #Elektrik bərpa işləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hələb əməliyyatı xaosa ümid edənlər üçün dərs oldu - Suriya

    10 Yanvar 2026 16:46

    Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

    10 Yanvar 2026 11:45

    Qalatasaray - Fənərbağça oyununun başlama saatı dəyişdirildi

    9 Yanvar 2026 17:37

    Qanunu batıran qəsb: “Marinera” dənizlərdə qüvvələr balansını necə dəyişdi

    9 Yanvar 2026 16:56

    Türkiyədə texniki dəstək xidməti üzrə tender elan edilib

    9 Yanvar 2026 16:51

    Hakan Fidan Suriya XİN rəhbəri ilə Hələb məsələsini müzakirə edib

    9 Yanvar 2026 15:31

    Avropa Suriyanın bərpası və yenidən qurulması üçün əlindən gələni edəcək - Aİ

    9 Yanvar 2026 14:33

    Suriya Prezidenti Aİ rəhbəri ilə görüşüb

    9 Yanvar 2026 12:52

    Türk Hava Yolları Tehrana uçuşları dayandırdı

    9 Yanvar 2026 12:33

    Türkiyə bələdiyyəsi tikinti materialları alımı üçün tender elan edib

    9 Yanvar 2026 11:27

    Zirvədə əsas məqsədimiz qadınların bu platformaya bağlanması, eyni enerjini, eyni ilhamı hiss etməsidir - Rafiq Hunaltay

    9 Yanvar 2026 10:53

    Türkiyə Hələbdəki toqquşmaların dayandırılması üçün Dəməşqə dəstəyə hazır olduğunu açıqladı

    8 Yanvar 2026 18:32
    Demo
    XƏBƏR LENTİ

    Cənubi Afrika BRICS dəniz təlimlərini zəruri adlandırıb

    Paris NATO-dan kənar Ukraynaya qoşun göndərilməsini müzakirə edir

    Hələb şəhər mərkəzində qubernatorluq binasına dron hücumu edilib

    ABŞ-da ICE-ə qarşı etiraz dalğası başlayıb

    İranda rejimin ən sadiq dayağı olan bazar tacirləri niyə etiraz edir?

    “Putin Trampı yorub?” — Vaşinqton Rusiyaya qarşı sərt xəttə keçir

    Suriya ilə imzalanacaq təhlükəsizlik sazişi türk, rus birliklərin Suriyanın cənubuna keçməsinin qarşısını almalıdır - ABŞ-ın İsraildəki səfiri

    İsrailin Qəzzaya hücumları nəticəsində iki fələstinli həlak olub

    Keçən il Türkiyədən Fransaya kimyəvi maddə ixracı 770 milyon dolları keçib (ÖZƏL)

    Hələb əməliyyatı xaosa ümid edənlər üçün dərs oldu - Suriya

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.