Əsas səhifə » Türkiyə Nazirliyinin nümayəndələri MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət ediblər

Türkiyə Nazirliyinin nümayəndələri MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət ediblər

BAKI, AzerVoice

Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin nümayəndələri Mehmet Zeki Özbay və Serpil Kudu İldeniz, həmçinin Türkiyə Səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan Kalender MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət ediblər.

AzerVoice xəbər verir ki, görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyəti sədrinin birinci müavini Hüseyn Yapar və Kənd Təsərrüfatı və Turizm Komissiyasının sədri Emin Əzizli iştirak ediblər.

Rəşad Cabirli MÜSİAD Azərbaycanın kənd təsərrüfatı sahəsində həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib. O, Azərbaycanın təkcə 10 milyonluq bir daxili bazar kimi deyil, eyni zamanda Müstəqil Dövlətlər Birliyinə (MDB) açılan strateji bir körpü kimi qiymətləndirilməsinin vacibliyini qeyd edib. Sədr bu istiqamətdə Azərbaycanın daha geniş şəkildə tanıdılmasının əhəmiyyətini qeyd edib və bu məqsədə xidmət edən "Azərbaycana gelmek için 101 neden" kitabı qonaqlara təqdim olunub.

Mehmet Zeki Özbay kənd təsərrüfatı sektorunun strateji əhəmiyyət daşıdığını, bu sahədə istehsalın dəyər qazanması üçün ticarət həcminin artırılmasının vacibliyini qeyd edib və iş adamlarının bu prosesdə üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Görüş zamanı, həmçinin, əməkdaşlıq imkanları və müvafiq qanunvericilik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice