Əsas səhifə » İstanbulda otluq ərazidə yanğın baş verib

İstanbulda otluq ərazidə yanğın baş verib

BAKI, AzerVoice

İstanbulun Başakşehir rayonunda otluq ərazidə yanğın baş verib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Belə ki, Rayonun Güvercintepe məhəlləsində çıxan yanğın genişlənərək meşəlik əraziyə də yayılıb.

Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadası müdaxilə edir. Yanğının səbəbi naməlumdur.

Həmçinin bildirilib ki, Sakaryanın Geyve rayonunda yerli vaxtla saat 17:00-da başlayan meşə yanğını havadan və qurudan müdaxilə ilə söndürülməyə çalışılır.

Bundan əvvəl, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı bildirmişdi ki, Bilecik vilayətində dünən yerli vaxtla saat 16:51-də başlayan yanğın nəzarət altına alınıb.

Digər Kateqoriyalar

2025 © Azervoice