Əsas səhifə » Türkiyə və İtaliya NATO çərçivəsində əməkdaşlığı gücləndirir

Türkiyə və İtaliya NATO çərçivəsində əməkdaşlığı gücləndirir

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Giorgia Meloni Romada keçirilən IV Türkiyə–İtaliya Hökumətlərarası Zirvə Toplantısındai qtisadi əməkdaşlığı gücləndirəcək yeni hədəfləri açıqlayıblar.

AzerVoice xəbər verir ki, Ərdoğan və Meloni Romada keçirilən iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdiyini bəyan ediblər. Hər iki lider qarşılıqlı ticarət həcmini 40 milyard dollara çatdırmaq hədəfi ilə çıxış ediblər.

Prezident Ərdoğan , 2008-ci ildən bəri keçirilən sammitlərin iki NATO müttəfiqi arasında münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib. “İtaliya xarici ticarətimizdə ilk beşlikdədir. Artıq 30 milyard dollarlıq hədəfi keçmişik. Bu gün isə 40 milyard dollarlıq yeni ticarət hədəfi müəyyən etdik və buna qısa zamanda çatacağımıza inanıram” - deyə bildirib.

İtaliya Baş naziri Giorgia Meloni isə çıxışında Türkiyədə fəaliyyət göstərən yüzlərlə İtalyan şirkətindən bəhs edərək , Baykar şirkətinin Piaggio Aerospace-i alması və Leonardo ilə əməkdaşlığı münasibətləri yeni mərhələyə daşıdığını bildirib. Meloni kosmos və sürətli qatar texnologiyalarında əməkdaşlığa da diqqət çəkib. “2032-ci ildə Türkiyə ilə birlikdə Avropa çempionatına ev sahibliyi edəcəyik. Aralıq dənizi və NATO məkanında Türkiyə ilə müttəfiqliyimiz davam edəcək” - deyə o qeyd edib.

Qeyd edək ki, Meloni çıxışında Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçi rolunu da yüksək qiymətləndirib və Qəzzada davamlı sülhün vacibliyini vurğulayıb. O həmçinin qeyd edib ki, Türkiyədən İtaliyaya immiqrasiya axını sıfıra enib və bu sahədə əməkdaşlığın davam etməsi vacibdir.

Digər Kateqoriyalar

2025 © Azervoice