18
BAKI, AzerVoice
Diplomatik səylərin həftələrlə davam etməsi nəticəsində hər iki tərəf sülhə nail olmaq üçün nə lazım olduğunu anlamağa başlayıb.
AzerVoice xəbər verir ki, bu fikirləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts səsləndirib.
“İndi Rusiya və Ukrayna çevik hərəkət etməlidirlər ki, ABŞ prezidenti Donald Tramp səbrini itirməmiş razılığa gəlsinlər” - deyə, Uolts əlavə edib.
Uoltsun fikrincə, əvvəlki Vaşinqton administrasiyası, Co Baydenin rəhbərliyi altında, Ukrayna məsələsində aydın olmayan bir strategiya yürüdüb. Onun fikrincə, yalnız Tramp Rusiyanı və Ukraynanı danışıqlar masasına gətirə bilib.