Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Talış kəndi istiqamətində 59 mina zərərsizləşdirdik - zərərçəkmiş şəxs

    29 Aprel 2025 20:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 29-da davam etdirilib.

    AzerVoice xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

    Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.

    Sonra təqsirləndirilən Ruben Vardanyan və onun vəkili Avraam Berman məhkəmə kollegiyasına etiraz ediblər.

    Təqsirləndirilən şəxsin müdafiəçisi A.Berman etirazı əsaslandıran zaman əvvəlki məhkəmə proseslərində verilən çoxsaylı vəsatətlərinin bir qisminin təmin olunmadığını, eləcə də hazırkı vaxtadək olan bütün məhkəmə iclas protokolları ilə tam tanış ola bilmədiklərini qeyd edərək, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu və bu səbəbdən məhkəmə kollegiyasına etiraz etdiklərini deyib.

    R.Vardanyan etirazı müdafiə edib.

    Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək deyib ki, qeyd olunan məsələlərlə bağlı məhkəmə əvvəlki proseslərdə artıq mövqeyini ifadə edib. O əlavə edib ki, məhkəmə iclas protokolları ilə tanış olmaq üçün müdafiə tərəfinə lazımi şərait yaradılır. V.Əliyev, həmçinin deyib ki, ümumilikdə bu cür əsaslar, yəni, müdafiə tərəfinin vəsatətlərinin məhkəmə tərəfindən təmin olunmaması, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olması qənaətinə gəlməyə əsas verə bilməz

    Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

    Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

    Belə ki, iclasa sədrlik edən qərarı əsaslandıran zaman diqqətə çatdırıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret dəlillər təqdim etməyib.

    Sonra zərərçəkənlər məhkəmədə ifadə veriblər.

    Zərərçəkmiş şəxs Nurlan Bağırov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edərkən hərbçi yoldaşları ilə birlikdə Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələrinin hücumuna məruz qaldığını bildirib. N.Bağırovun sözlərinə görə, hadisə zamanı onlara atəş açılıb, əl qumbaraları atılıb. Nəticədə onun 14 hərbçi yoldaşı (Daxili Qoşunların 12, Müdafiə Nazirliyinin 2 nəfər hərbi qulluqçusu) şəhid olub, hərbçilərin bir hissəsi yaralanıb. N.Bağırov özünün də hadisə zamanı yaralandığını bildirib.

    Digər zərərçəkmiş şəxs Şamil İsrəfilov da yaralandığını qeyd edərək deyib: “Odlu silahlardan atəş açırdılar, üzərimizə qumbara atırdılar. Qumbara partlaması nəticəsində yaralandım”.

    Ş.İsrəfilov dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən hadisə zamanı hərbçi yoldaşlarından 14 nəfərinin şəhid olduğunu, 24 nəfərin isə yaralandığını söyləyib.

    Zərərçəkmiş şəxs Vüsal Eyyubov ifadəsində Ermənistan hərbçilərinin odlu silahdan açdıqları atəş nəticəsində yaralandığını diqqətə çatdırıb. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq hadisə zamanı hərbçi yoldaşları arasında şəhid olanların və yaralananların olduğunu da bildirib.

    Zərərçəkmiş Taciəddin Kərimov N saylı hərbi hissənin hərbi qulluqçusu kimi əvvəllər Tərtər rayonunun inzibati ərazisinə daxil olmuş, hazırda isə Ağdərə rayonuna aid olan Talış kəndi istiqamətində xidmət zamanı mina partlayışı nəticəsində xəsarət aldığını bildirib. Vurğulayıb ki, həmin vaxt o, xidmət yoldaşları ilə birgə azad edilmiş ərazilərdə təminat yolu açmaq üçün sahənin minalardan təmizlənməsi prosesi ilə məşğul olublar. Növbəti minanın zərərsizləşdirilməsi zamanı partlayış baş verib və o yaralanıb. Zərərçəkən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında bildirib ki, həmin sahədə 59 mina zərərsizləşdiriblər. Aşkarlanan minalar son illər basdırılan və Ermənistanın istehsal etdiyi minalar olub. Zərərçəkmiş şəxs daha sonra bildirib: “Hadisə zamanı hərbçi yoldaşlarım aralıda olduğuna görə onlar yaralanmadılar”.

    Zərərçəkmiş şəxs Cavanşir Sultanov ifadəsində Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin təxribatının qarşısını alan zaman yaralandığını deyib.

    Zərərçəkən Seymur Ağakərimov isə ifadəsində erməni hərbçilərinin atdıqları minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını vurğulayıb.

    Zərərçəkmiş Vaqif Babayev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olduğunu, Zəngilan rayonunda xidməti vəzifələrini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət aldığını qeyd edib. Onun sözlərinə görə, zirehli texnika ərazidə iş apararkən tank əleyhinə minaya düşüb. Həmin vaxt yaxınlıqda olduğu üçün o, müxtəlif xəsarətlər alıb. Zərərçəkən şəxs dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Ermənistanın mina terrorundan daha çox günahsız mülki insanların əziyyət çəkdiyini söyləyib.

    Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

    Məhkəmənin növbəti iclası mayın 6-na təyin olunub.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

    Talış kəndi istiqamətində 59 mina zərərsizləşdirdik - zərərçəkmiş şəxs
    Talış kəndi istiqamətində 59 mina zərərsizləşdirdik - zərərçəkmiş şəxs
    Talış kəndi istiqamətində 59 mina zərərsizləşdirdik - zərərçəkmiş şəxs
    Talış kəndi istiqamətində 59 mina zərərsizləşdirdik - zərərçəkmiş şəxs
    Talış kəndi istiqamətində 59 mina zərərsizləşdirdik - zərərçəkmiş şəxs
    Talış kəndi istiqamətində 59 mina zərərsizləşdirdik - zərərçəkmiş şəxs
    #Azərbaycan #Ermənistan #Ruben Vardanyan #Sülh və insanlıq əleyhinə cinayətlər #Məhkəmə prosesi #Bakı Hərbi Məhkəməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanın xarici işlər naziri özbəkistanlı həmkarı ilə görüşüb

    30 Oktyabr 2025 09:24

    Azərbaycan və Çin arasında turizm əlaqələri müzakirə olunub

    29 Oktyabr 2025 21:59

    Milli Məclisin sədri Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb

    29 Oktyabr 2025 19:58

    Ceyhun Bayramov Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılış mərasimində iştirak edib

    29 Oktyabr 2025 17:52

    Şəkidə İƏT-in İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası keçirilib

    29 Oktyabr 2025 16:31

    Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 82 min reabilitasiya vasitəsi verilib

    29 Oktyabr 2025 14:51

    Azərbaycan və Oman xarici işlər nazirlərinin təkbətək görüşü başlayıb

    29 Oktyabr 2025 14:16

    Səbinə Əliyeva Monteneqro Ombudsmanına bu ölkədə saxlanılan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı məktub ünvanlayıb

    29 Oktyabr 2025 12:42

    Donald Tramp Azərbaycan və Ermənistan liderlərinin avqust görüşünü ümid və diplomatik uğurun rəmzi adlandırıb

    29 Oktyabr 2025 12:27

    Azərbaycan regionda sülhün, sabitliyin və inkişafın simvoluna çevrilib – Şamil Ayrım

    29 Oktyabr 2025 12:15

    Türkmənistan jurnalında səfir Qismət Gözəlovun Azərbaycan-Türkmənistan münasibətlərinə dair məqaləsi dərc olunub

    29 Oktyabr 2025 10:59

    Bakıda “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans keçiriləcək

    29 Oktyabr 2025 10:25
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə gömrüyündə 319 milyon lirəlik narkotik ələ keçirilib

    Vaşinqtonda milli qvardiyanın xidmət müddəti 2026-cı ilə qədər uzadılıb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb

    Türkiyədən Özbəkistana kimyəvi maddə ixracı artıb (ÖZƏL)

    Azərbaycanın xarici işlər naziri özbəkistanlı həmkarı ilə görüşüb

    İsrail ordusunda 18 ayda 300-ə yaxın intihar cəhdi qeydə alınıb

    Atatürk Beynəlxalq Sülh Mükafatı Quterreşə təqdim ediləcək

    44 günlük Vətən müharibəsinin xronikası: 30 oktyabr

    Tarixdə bu gün - 30 oktyabr

    Azərbaycan və Çin arasında turizm əlaqələri müzakirə olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.