Əsas səhifə » "Brent" markalı neftin qiyməti aprelin 16-dan bəri ilk dəfə 64 dollardan aşağı düşüb

"Brent" markalı neftin qiyməti aprelin 16-dan bəri ilk dəfə 64 dollardan aşağı düşüb

BAKI, AzerVoice

"Brent" markalı neftin fyuçerslərinin qiyməti Londonun ICE birjasında aprelin 16-dan bəri ilk dəfə olaraq bir barel üçün 64 dollardan aşağı düşüb.

AzerVoice xəbər verir ki, bu barədə ticarət məlumatları göstərir.

Birjanın Bakı vaxtı ilə saat 20:28-ə olan göstəricilərinə əsasən, "Brent" markalı neftin qiyməti 2,57% azalaraq bir barel üçün 63,96 dollar təşkil edib.

Saat 20:38-ə olan məlumata görə isə, "Brent" fyuçerslərinin dəyəri daha da aşağı düşərək bir barel üçün 63,9 dollar (-2,67%) təşkil edib. Bu müddətdə WTI markalı neftin cari ilin iyun ayı üzrə fyuçersi də 2,21% ucuzlaşaraq 60,3 dollara endi.

Digər Kateqoriyalar

2025 © Azervoice