30
BAKI, AzerVoice
Azərbaycana səfər edəcəyimdən çox xoşbəxtəm.
AzerVoice xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində deyib.
"Çox şadam ki, Azərbaycana səfər edəcəyəm. Çünki biz Azərbaycanı özgə hesab etmirik, özümüzü orada qərib hesab etmirik. Biz keçmişdə ortaq tarixi bölüşmüşük", - deyə, o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan və İran xalqları bir birinin yaxşı və pis günündə ortaq olub.
"Bizim birinci prioritetimiz qonşu ölkələrlə yaxın münasibətlərə malik olmaqdır. Azərbaycanla bizim aramızda heç bir qəriblik hissi yoxdur", - o əlavə edib.