Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Kütahyada dörd saat ara ilə iki zəlzələ qeydə alınıb

    28 Aprel 2025 10:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyənin Kütahya şəhərinin Simav rayonunda bu gün səhər saatlarında 4 saat ara ilə iki dəfə yeraltı təkanlar baş verib. Hər iki zəlzələnin gücü 3,9 bal olaraq ölçülüb.

    AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib.

    İlk zəlzələ yerin 11 kilometr dərinliyində, ikinci zəlzələ isə 6 kilometr dərinlikdə qeydə alınıb.

    Zəlzələlər Simavla yanaşı, ətraf rayonlarda da hiss olunub. Lakin rəsmi mənbələrdən verilən açıqlamalara görə, hadisə nəticəsində hər hansı maddi ziyan və ya insan itkisi qeydə alınmayıb.

    Hazırda bölgədə seysmik vəziyyət nəzarət altındadır və aidiyyəti qurumlar tərəfindən monitorinq işləri davam etdirilir.

    Qeyd edək ki, baş verən bu təkanlar, 23 aprel tarixində İstanbulun Silivri sahillərində qeydə alınan əsas zəlzələnin artçı sarsıntıları kimi dəyərləndirilir. Rəsmilər və mütəxəssislər vətəndaşları diqqətli olmağa və rəsmi qurumların məlumatlarını izləməyə çağırır.

    #Türkiyə #İstanbul #AFAD #zəlzələ #Kütahya #Zəlzələ Xəbərləri #Türkiyədə zəlzələ 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə hərbi yardım göstərəcək

    16 Dekabr 2025 12:39

    Rusiya–Ukrayna müharibəsində diplomatik dialoq üçün İstanbul əsas mərkəz olaraq qalır - Hakan Fidan

    15 Dekabr 2025 16:05

    Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib

    15 Dekabr 2025 14:19

    Türkiyənin Qəzzada nizamlanma ilə bağlı mövqeyinin dəyişməz olaraq qalır - Ərdoğan

    14 Dekabr 2025 21:42

    Türkiyə Qəzzaya humanitar yardım gəmisi göndərdi

    13 Dekabr 2025 17:06

    "Qalatasaray" "Real"ın müdafiəçisi ilə maraqlanır

    13 Dekabr 2025 16:49

    ABŞ ilə 100 milyard dollarlıq ticarət hədəfi üçün işlər davam edir - Ömər Bolat

    13 Dekabr 2025 15:55

    Vəzifəsindən azad olunan CHP-li Bələdiyyə Başçısı, Bahçeli ilə görüşüb

    13 Dekabr 2025 15:30

    Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

    13 Dekabr 2025 15:10

    Türkiyə-Rusiya görüşü - Ərdoğan Putinlə ilə sülh səylərini müzakirə etdi

    13 Dekabr 2025 15:03

    "Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi düşünür

    13 Dekabr 2025 14:10

    İstanbul üçün ciddi xəbərdarlıq - Zəlzələlər şəhərə doğru addım-addım irəliləyir

    13 Dekabr 2025 13:59
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 132 milyon dolları keçib (ÖZƏL)

    İran ABŞ-la nüvə məsələsi üzrə danışıqlara hazır olduğunu bəyan edib

    FIFA yeni bilet sistemi ilə bağlı qərar qəbul etdi

    İsrail BMT qərarlarını pozmağa davam edir və Qəzzadakı müharibəni dayandırmayıb - Fələstin

    Türkiyənin Bodrum limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Türkiyədə FETÖ əməliyyatlarında 90 nəfər həbs olunub

    Laçın, Xocavənd və Ağdama növbəti köç karvanları yola salınıb

    Bu gün onun doğum günüdür - Papa Fransisk kimdir?

    Trampın aparat rəhbəri Susie Wiles Ağ Ev daxilində narazılıqları dilə gətirib

    Səudiyyə Ərəbistanının PIF fondu FMTECH-də minoritar payını JLL-ə satıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.