Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    İran, Livanda Hizbullahın Silahsızlaşdırılmasını Əngəlləmək Üçün Gərginlik Yaratmağı Planlaşdırır

    28 Aprel 2025 09:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İranın Livandakı səfiri Müctəba Amani tərəfindən Hizbullahın silahsızlaşdırılmasına qarşı səsləndirilən bəyanatlar Livandakı müxtəlif siyasi çevrələrdə narahatlıq doğurub. Bu narahatlıq, Tehranın, Livanda vəziyyəti qarışdırmaq və Hizbullahın silahsızlaşdırılması planlarının qarşısını almaq üçün bir növ gərginlik yaratmağa cəhd edə biləcəyi ehtimalları ilə əlaqədardır. Bu təşəbbüs, Livan rəsmilərinin BMT-nin 1701 saylı qətnaməsinin ciddi şəkildə icrasına can atdıqları bir şəraitdə baş verir.

    Livandakı siyasi çevrələr hesab edirlər ki, səfirin silahsızlaşdırmanı "qəsd" kimi təsvir etməsi Hizbullaha və ya digər silahlı qruplara planların qarşısını almaq üçün hərəkətə keçməyə işarə ola bilər.

    İranlılar hesab edirlər ki, Livan hakimiyyətinin bu addımları xarici, İsrail və ABŞ tərəfindən dəstəklənən planların icrası deyil, daxili iradənin ifadəsidir. Onlar Livan hakimiyyətinin Hizbullahın silahsızlaşdırılmasına dair iradəsinin ciddi olduğuna və bunun əvvəlcədən planlaşdırıldığına inanırlar. Halbuki, iranlılar uzun illər boyu Livandakı geniş kütlənin Hizbullahın silahlı müqavimətinə dəstək verdiyini düşünürdülər. Lakin son müharibədə Hizbullahın məğlubiyyəti, bu dəstəyin zəif olduğunu və müttəfiqlərin də əsasən qorxu səbəbilə dəstəklədiklərini ortaya çıxardı.

    Müşahidəçilər ehtimal edirlər ki, İran Hizbullah rəhbərliyinə İsraillə birbaşa qarşıdurmadan çəkinməyi tövsiyə edəcək və hücumları əsasən Hizbullahın silahsızlaşdırılmasını dəstəkləyən daxili tərəflərə yönəltməyə çalışacaq. Xüsusilə Livan Prezidenti Cozef Auna və onun beynəlxalq nüfuzuna toxunmamaq planlaşdırılır və hücumlar ikinci dərəcəli ordu və təhlükəsizlik qüvvələri rəhbərlərinə yönəldilə bilər.

    Prezident Aun ötən həftə verdiyi müsahibədə 2025-ci ilin "silahın yalnız dövlətin əlində cəmlənəcəyi il" olacağını bildirmişdi. O, Hizbullah üzvlərinin Livan ordusuna qatılaraq xüsusi uyğunlaşdırma təlimlərinə cəlb olunmasını da təklif etmişdi.

    Silahsızlaşdırma üçün dəqiq vaxtın müəyyən edilməsi İran üçün məsələnin ciddiliyini göstərir və sürətli cavabın vacibliyini ortaya qoyur. İran həmçinin Hizbullahın İsrail qarşısında aldığı məğlubiyyətin zəiflik əlaməti kimi qəbul edilməməsini, daxili rəqiblər qarşısında da təslim olunmamasını istəyir.

    İran Hizbullahın silahsızlaşdırılmasının rəsmi Livan qurumları tərəfindən həyata keçirildiyi görüntüsünü yaratmaq istəyir. Bu da İsrailə mesaj verir ki, Tehran bu gərginliklərdə tərəf deyil. Bununla yanaşı, Hizbullah siyasi sahədə rəqiblərinə ciddi təhdidlər etməklə cavab verməyi planlaşdırır.

    İran və Hizbullah, həmçinin, "Müqavimət tərəfdarları" cəbhəsini hərəkətə gətirərək prezident Aun, hökumət və orduya qarşı təzyiq yaratmaq üçün küçə etirazlarına başlaya bilər. Bu etirazlar, keçmişdə İrana məxsus təyyarənin Livanda qarşılanmaması zamanı baş verən və zorakılıqla müşayiət olunan aksiyalara bənzəyə bilər.

    Eyni zamanda, İranın fələstinli qruplardan — xüsusilə HƏMAS və İslami Cihad kimi İrana bağlı qruplardan — kiçikmiqyaslı partlayışlar törətməsini istəməsi ehtimal edilir. Bu əməliyyatlar "fələstinli varlığını qorumaq" şüarı altında ediləcək və Livan hökumətinin fələstinli silahlı qrupların tərksilah olunması siyasətinə cavab kimi təqdim olunacaq.

    İranın digər planlarından biri də Livan ordusunu Suriya ilə sərhəddə toqquşmalara cəlb edərək diqqəti Hizbullahın silahsızlaşdırılmasından yayındırmaqdır. Bu toqquşmalar nəticəsində Livan ordusunun zəiflədilməsi və ölkə daxilində Hizbullahın hərbi gücünün daha vacib olduğu təsəvvürünün yaradılması hədəflənir.

    Ötən cümə günü Livan ordusu Livan–Suriya sərhədindəki atışmalar səbəbindən "fövqəladə təhlükəsizlik tədbirləri" elan etdi. Cümə axşamı günü Livandan Suriyaya atəş açılması nəticəsində sərhəddə gərginlik yaşandı. Mart ayında da Suriya və Livan sərhədində, Suriyanın Müdafiə Nazirliyinin Hizbullahı üç suriyalı əsgəri qaçırıb öldürməkdə ittiham etməsindən sonra gərginlik baş vermişdi.

    Bu son insident zamanı Livan ordusu Suriya hakimiyyəti ilə intensiv əlaqələr quraraq vəziyyəti sabitləşdirdi və sərhəd bölgəsində əlavə tədbirlər gördü.

    Müşahidəçilərə görə, Hizbullah Livanla Suriya arasında normallaşmanı əngəlləmək üçün çalışır. Məqsəd Suriya sərhədindən gələcək İran silahlarının qarşısının alınmamasıdır. Bunun üçün Hizbullah müttəfiq qəbilə qruplarını dəstəkləyərək, Suriya qüvvələri ilə sərhəddə qarşıdurmaları davam etdirməyə çalışır.

    Livan ordusu 24 aprel 2025-ci il tarixində Herməl bölgəsində Livan–Suriya sərhədində baş verən silahlı insidentlə bağlı məlumat verib. Hadisə qaçaqmalçılıqla bağlı mübahisələr nəticəsində yaranıb. Nəticədə, hər iki tərəfdən yaralılar olub.

    Ordunun bəyanatına görə, hadisədən sonra genişmiqyaslı əməliyyatlar aparılıb və silahlı qaçaqmalçılıq şəbəkəsinə mənsub olduğu güman edilən bir nəfər həbs olunub.

    #Livan #Livan xəbərləri #İran təyyarəsinin Livana uçuşu qadağan edildi #Livan hava limanı böhranı #İran və Hizbullah əlaqələri #Livan ordusu #İsrail və Livan münaqişəsi #İsrailin Livandan geri çəkilməsi #Livan parlamenti #Livanın cənubu #İsrail-Livan sərhədi #Livan siyasəti 2025 #Hizbullah və Livan siyasəti #İsrail Livan münasibətləri #Livanda regional siyasət #Hizbullah və Livan münaqişəsi #Hizbullah və Livan hökuməti #İran və HƏMAS əlaqələri #İran və İsrail gərginliyi #İran və Hizbullah dəstəyi #Hizbullah və İran #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Hizbullah və Suriya münaqişəsi #Hizbullah və İran əlaqəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hizbullah xarici təzyiqlərdən yayınmaq üçün ölkə daxilində süni gərginlik yaradır

    12 Noyabr 2025 10:04

    İsrailin hücumları və ABŞ-ın təzyiqi davam etdikcə, Livanda sabitlik olmayacaq - Hizbullah

    11 Noyabr 2025 20:57

    2026 -Livanda narkotik imperiyasının çökmə ili olcaq

    11 Noyabr 2025 10:00

    ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

    10 Noyabr 2025 21:02

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    İsraildə Hizbullaha hücum vaxtı ilə bağlı fikir ayrılığı yaşanır

    8 Noyabr 2025 17:08

    İsrail ordusu Livanın cənubuna PUA hücumu həyata keçirib

    8 Noyabr 2025 11:39

    Hizbullah İsraillə yeni müharibəyə girə bilərmi?

    8 Noyabr 2025 07:11

    İran Xarici İşlər Nazirliyi İsrailin Livana qarşı hərbi təcavüzünü qınayıb

    7 Noyabr 2025 11:49

    İsrail ordusu Livanın cənubuna hava hücumu həyata keçirib

    6 Noyabr 2025 14:56

    “Hizbullah” Livan–İsrail danışıqlarına razıdırmı? Rəsmi mövqe hələ açıqlanmayıb

    4 Noyabr 2025 09:00

    Livanın İsraillə danışıqlardan başqa yolu yoxdur - Aun

    3 Noyabr 2025 23:17
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Kürdəmir Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib

    Prezident İlham Əliyev Çinin “China Datang Corporation Ltd.” şirkətinin nümayəndə heyətini qəbul edib

    Göygölə yeni icra başçısı təyin edilib

    Prezident İlham Əliyev Naftalan Şəhər İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

    Orxan Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

    Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

    Prezident İlham Əliyev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

    Natiq Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

    Prezident İlham Əliyev Göyçay Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

    Moskva prospektində avtobuslar üçün yeni xüsusi hərəkət zolağı istifadəyə verildi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.