Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Hizbullahın susqunluğu, Bərrinin yüksəlişi: Livanda şiə liderliyində dönüş

    15 Aprel 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Kaptaqon ticarətində dünya rekordu qıran Hizbullahın baş katibi Naim Qasimin İsrailin Livana qarşı müharibəsi zamanı “böyük qardaş” adlandırdığı parlament sədri və “Əl-Əmal” Hərəkatının lideri Nəbih Bərrini atəşkəs danışıqları üçün səlahiyyətləndirdiyini açıqlamasından sonra Bərrinin “Livan şiələrinin açarı”na, yəni “şiə ikiliyinə” demək olar ki, təkbaşına sahib olduğu qəbul edilir.

    O zamandan bəri baş verənlər, o cümlədən “Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullahın öldürülməsi və təşkilatın həm hərbi, həm də siyasi baxımdan ciddi zərbələr alması, partiya rəhbərliyinin və məsul şəxslərinin həm siyasi, həm də hərbi “ön xətdən” çəkildiyini göstərir. İndi atəşkəs razılaşmasının icrası ilə bağlı danışıqlarda Bərrinin baş rolda olduğu görünür. Bu razılaşmanın əsas hissəsi yalnız partiyanın Litani çayının şimalına çəkilməsi deyil (ilk mərhələdə belə deyilsə də), eyni zamanda “Hizbullahın hərbi arsenalının ləğv edilməsini də nəzərdə tutur. Bu da faktiki olaraq Livan ordusu tərəfindən yerində həyata keçirilir.

    Artıq Naim Qasimin heç bir çıxışı Bərrini xatırlatmadan keçmir. O, bir çıxışında belə demişdi: “Biz böyük qardaşımız, ustad Nəbih Bərrinin rəhbərliyinə tam etibar edirik. Sən hörmətli baş katib Həsən Nəsrullahın gözündə də böyüksən, və bil ki, sən “Hizbullahın gözündə böyük qardaşsan.”

    Bu etimad artıq partiya liderləri və deputatlarının davranışlarında da açıq görünür və bu, həm Livan daxilində, həm də xaricindəki rəsmi dairələr, xüsusilə də ABŞ tərəfindən aydın hiss olunur. ABŞ rəsmilərinin son açıqlamalarına görə, Bərrinin Hizbullahın silahsızlaşdırılması məsələsində danışıqlara rəhbərlik etməsinə etibar edirlər. Bərrinin Livana gələn bütün diplomatlarla və rəsmi şəxslərlə görüşlərində əsas müzakirə mövzusu da məhz bu məsələdir.

    Hizbullah müharibə zamanı atəşkəs barədə qərarda Bərrini səlahiyyətləndirmişdi və daxili siyasi məsələlərdə də onu etibarlı şəxs olaraq qəbul etmək çox asandır. Bu, hökumətin (Nəvaf Salamın başçılığı ilə) formalaşdırılması və Mərkəzi Bank rəhbərinin (Kərim Səid) təyinatı da daxil olmaqla bir çox mərhələlərdə özünü göstərib. Amma bu o demək deyil ki, Hizbullahın fikri nəzərə alınmır – onun parlamentdə 15 deputatı var. Hər iki tərəf arasında daim koordinasiya və məsləhətləşmə aparılır.” Qasim də daim çıxışlarında Bərriyə verilmiş bu səlahiyyəti vurğulayır.

    Bütün bunlar Hizbullah rəhbərlərinin yüksək tonlu və hədə-qorxu ilə dolu çıxışlarının azalması ilə müşayiət olunur. İndi onların çıxışları daha çox ümumi çərçivədədir, xüsusilə də “İsrailə qarşı müqavimətin davam etdirilməsi” mövzusunda. Halbuki partiyanın sosial dayaqları olan cəmiyyətə bu razılaşmanın mahiyyəti və gələcəkdə baş verəcək dəyişikliklər barədə hələ də açıq şəkildə məlumat verilməyib. Hazırda isə cənub bölgələrinin sakinləri hələ də kompensasiya və yenidənqurma işlərinin başlanmasını gözləyir. Mənbələrin sözlərinə görə, partiya rəhbərliyinin əsas diqqəti bu məsələyə yönəlib.

    Bərrinin səlahiyyət sahəsinə təkcə siyasi diskurs daxil deyil – bu, “şiə ikiliyinin” nazirlərinin hökumət fəaliyyətində də açıq şəkildə hiss olunur. Əvvəllər nazirlərin qərarlarında son söz əsasən Hizbullahın nümayəndələrinə məxsus idi. Amma indi hökumətdə hər hansı məsələ gündəmə gələndə, yekun qərarı parlament sədri Bərrinin verdiyi və hər iki tərəfdən olan nazirlərin ona tabe olduğu aydın şəkildə görünür.

    Bu yanaşma seçki məsələlərində də özünü göstərir, xüsusilə də 4 mayda keçiriləcək bələdiyyə seçkiləri (yerli idarəetmə) ilə bağlı hazırlıqlarda. Hətta seçki mübarizəsinin “qızğın” keçəcəyi Beyrut şəhərində belə, şiə seçicilərinin qərarı Bərridən asılıdır. Bu, partiya deputatları ilə əlaqə yaratmağa çalışan bir neçə parlament mənbəsinin sözlərindən aydın olub.

    İnkişaf və Azadlıq blokundakı (Bərrinin rəhbərlik etdiyi) parlament mənbələri bunu inkar etmirlər. Onlar belə deyirlər: “Bələdiyyə seçkilərində 1998-ci ildən bəri qüvvədə olan razılaşmanın davam etdirilməsi barədə razılıq əldə olunub. Kəndlərdə namizədlərin bölgüsü partiya (Hizbullah) ilə hərəkat (Əl-Əmal) arasında bölüşdürülür. Hətta hazırda mümkün qədər çox kənddə seçki qarşıdurmalarının qarşısını almaq və təyinatlı namizədlərlə razılıq əldə etmək üçün səylər göstərilir.

    Növbəti il keçiriləcək parlament seçkiləri ilə bağlı qanun layihəsinə gəlincə, “İnkişaf və Azadlıq” bloku tərəfindən təqdim edilmiş və “Hizbullah” tərəfindən tam dəstəklənən bu layihəyə görə, bütün Livan bir seçki dairəsi kimi nəzərdə tutulur. Seçki qanunu məsələsində demək olar ki, bütün tərəflər bu mövzuya milli barışıq sənədinə uyğun yanaşmaqda razıdır.

    #Livan #Hizbullah #Livan xəbərləri #Nəbih Bərr #Nəvaf Salam hökuməti #Nəbih Bərrinin rolu #Livanda şiə liderliyi #Livan siyasətində dəyişiklik #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Livanda atəşkəs razılaşması #Litani çayından geri çəkilmə #Hizbullahın silahsızlaşdırılması #Livan parlamentində şiələr #Bələdiyyə seçkiləri Livan #Naim Qasim və Hizbullah #Livanda siyasi koordinasiya #Şiə ikiliyi (Hizbullah və Əl-Əmal) #Livan Cənub bölgəsi rekonstruksiya #Nəbih Bərrinin Hizbullah üzərində necə nüfuzu var? #Hizbullah niyə siyasi səhnədən çəkilir? #Livanda Hizbullahın silahları necə ləğv olunur? #Bərrinin atəşkəs danışıqlarındakı rolu nədir? #Hizbullah və Əl-Əmal arasında razılaşmalar nəyə əsaslanır? #Livanda şiə siyasi liderliyi kimə məxsusdur? #Litani çayının şimalına çəkilmə nə deməkdir? #Hizbullahın sosial bazası hansı bölgədə yerləşir? #Livanda seçki qanunu necə dəyişəcək? #Bərrinin ABŞ tərəfindən dəstəklənməsi nə deməkdir?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livan hökuməti ilə Hizbullah arasında "vətəndaş müharibəsi" xəbərdarlığı gərginliyi artırıb

    15 Yanvar 2026 11:43

    Livan Prezidenti Cozef Aun və Hizbullah arasında gərginlik pik həddə çatıb

    14 Yanvar 2026 11:56

    Livan hökuməti qeyri-qanuni silahların müsadirə edilməsi planının ikinci mərhələsinə başlayır

    13 Yanvar 2026 11:47

    Öncə aldadıldıq, sonra bombalandıq – Qəddafinin qızından İrana çağırış

    12 Yanvar 2026 14:52

    Livan ordusu cənubda silah monopoliyasını təmin etdiyini açıqlayıb

    8 Yanvar 2026 11:57

    Aİ Komissiyasının sədri Suriya və Livana səfər edəcək

    5 Yanvar 2026 16:54

    Səudiyyə Ərəbistanı humanitar yardım fəaliyyətlərini genişləndirir

    4 Yanvar 2026 17:41

    Livanın cənubunda sülhməramlıların yaxınlığına atəş açılıb - UNIFIL

    3 Yanvar 2026 09:40

    İsrail döyüş təyyarələri Livanın cənubuna hava zərbələri endirib

    2 Yanvar 2026 16:26

    Yaxın Şərq yeni regional böhran ərəfəsində: Gərginlik haradan alovlana bilər?

    1 Yanvar 2026 19:06

    Nə üçün Hizbullah silahları dövlətə təhvil verməkdən imtina edir ?

    29 Dekabr 2025 10:00

    UNIFIL Cənubi Livanda ciddi pozuntu barədə xəbərdarlıq etdi

    27 Dekabr 2025 09:54
    Demo
    XƏBƏR LENTİ

    Baş prokuror Şirvan şəhərində regional vətəndaş qəbulunu keçirib

    Pakistan Baş naziri Şahbaz Şərif ASAN Xidmət nümayəndə heyətini qəbul edib

    Suriya Prezidenti Əhməd əş-Şara Almaniyaya səfər edəcək

    Ötən il Energetika Nazirliyi tərəfindən 157 icazə verilib

    Qrenlandiya böhranı: Avropa Vaşinqtonun iddialarına qarşı mövqe sərgiləyir

    Türkiyədə 4 bal gücündə zəlzələ baş verib

    Türkiyənin tam elektrikli zirehli daşıyıcısı E-ZPT sınaqlardan uğurla keçib

    Azərbaycana qarşı ikili standart tətbiq edənlər əvvəlcə öz ölkələrindəki ədalətsizliklərə baxmalıdır - Abbas Abbasov

    IPU vitse-prezidenti Sevil Mikayılova Dohada Qətər parlamentinin sədr müavini ilə görüşüb

    Meloni Takaici ilə süni intellektlə hazırlanmış anime selfisini paylaşdı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.