Bakı,AzerVoice
ABŞ prezidenti Co Bayden şənbə günü İsrailin Qəzzada HƏMAS tərəfindən saxlanılan 4 girovun azad edilməsini alqışlayaraq, bütün əsirlər azad edilənə və atəşkəs əldə olunana qədər çalışacaqlarına söz verib.
"Bütün girovlar evə çatana və atəşkəs əldə olunmayana qədər işi dayandırmayacağıq. Bunun baş verməsi vacibdir", -deyə Bayden bildirib.
AzerVoice xəbər verir ki, Bayden Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı, girovların azad edilməsi münasibətilə onların ailələri təbrik edib.
"Biz bu gün İsrail ordusu tərəfindən azad edilən dörd israilli girovun azad edilməsinə sevinirik"-deyə Bayden qeyd edib.
Qeyd edək ki,şənbə günü səhər İsrail qüvvələrinin Qəzza qaçqın düşərgəsindən dörd girovu sağ-salamat xilas etdiyini bildirib.
26 yaşlı Noa Arqamani, 22 yaşlı Almoq Meir Yan, 27 yaşlı Andrey Kozlov və 41 yaşlı Şlomi Ziv "mürəkkəb gündüz əməliyyatı" nəticəsində "Nuseiratın mərkəzində" iki ayrı binadan xilas ediliblər. sağlamlıq vəziyyəti yaxşı idi.
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan əməliyyat nəticəsində 200 dən çox mülki vətəndaşın plümünə göz yumaraq, "bu cəsarətli əməliyyatı həyata keçirən İsrail təhlükəsizlik xidmətlərinin işini" yüksək qiymətləndirib.
Şənbə günü səhər verdiyi açıqlamada Sullivan girovları azad etmək və müharibəni bitirmək üçün razılıq əldə olunmasını tələb edib.