Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Trampın öldüyü barədə şayiələr... İnsanların bu qənaətə gəlməsinə səbəb olan əsas amillər

    4 Sentyabr 2025 12:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    ABŞ prezidenti Donald Tramp şənbə günü nəvəsi Kayi ilə birlikdə qolf oynamağa çıxaraq ötən həftə yayılan qəribə konspirasiyanı təkzib etdi. «Teleqraf» yazır ki, , Ağ Ev Trampın ölümünü gizlədir.

    Trampın ictimaiyyət qarşısına çıxması ilə söz-söhbətlər zəifləsə də, «X» platformasında #WhereisDonaldTrump həştəqi ən çox müzakirə olunan mövzulardan birinə çevrilmişdi. Tramp öz sosial media platforması olan «Truth Social»da mütəmadi paylaşım etsə də, bu, şayiələrin qarşısını ala bilməmişdi.

    Bəs, niyə insanlar Trampın öldüyünü düşündü?

    İctimaiyyət qarşısında görünməməsi

    Şayiələr onun Əmək bayramı (1 sentyabr) ilə bağlı istirahət günlərində ictimaiyyət qarşısına çıxmaması ilə başladı. Əksər prezidentlər həmin günlərdə iştirak edirdilər: məsələn, Co Bayden ötən il Kamala Harris kampaniyasında çıxış etmiş, əvvəlki il isə Filadelfiyada tədbirdə söz demişdi. Trampın sonuncu görünməsi isə həmin həftənin çərşənbə günü nazirlər kabinetinin iclasında olmuşdu. Görünməməsi sosial şəbəkələrdə söz-söhbətə səbəb oldu.

    Əllərində göyərmələr

    Keçən həftənin bazar ertəsi Tramp Cənubi Koreya prezidenti Li Cai Myonqu qarşılarkən sağ əlində göyərmələrlə göründü. Bir neçə gün əvvəl isə FIFA rəhbəri Canni İnfantino ilə görüşündə əlində tonal krem izləri müşahidə edilmişdi. Fotolar prezidentin səhhəti ilə bağlı şübhələrə yol açdı: bəziləri bunun xərçəng əlaməti və ya damara stend qoyulmasının nəticəsi olduğunu düşündü. Əslində, Trampın hakimiyyəti dövründə də tez-tez əlində belə izlər görünmüşdü. Fevral ayında onun mətbuat katibi Karolin Levit bunun sadəcə davamlı əl sıxışmalarının nəticəsi olduğunu açıqlasa da, internetdəki müzakirələr səngimədi.

    Biləklərdə şişkinlik

    Göyərmələrlə yanaşı, Trampın biləklərdə şişkinlik də diqqət çəkdi. «X» platformasında bir istifadəçi onun və Baydenin fotolarını paylaşaraq “Baydenin normal biləklərinə baxın, ümumilikdə fiziki cəhətdən Trampdan daha yaxşı vəziyyətdədir” yazmışdı. İyul ayında Ağ Ev Trampda xroniki venoz çatışmazlığı olduğunu açıqlamışdı. Bu xəstəlik qan dövranının zəifləməsi ilə təzyiq və şişkinlik yaradır, amma həyati təhlükə hesab edilmir. Lakin bəzi konspirasiya tərəfdarlarını bu açıqlama da qane etmədi.

    Vitse-prezident C.D. Vance-in müsahibəsi

    Keçən həftə vitse-prezident C.D. Vance «USA Today» kanalına müsahibəsində “dəhşətli faciələr” baş versə, prezidentliyi öz üzərinə götürməkdən danışdı. Bu açıqlamalar Trampın bir müddət ictimai həyatdan kənarda qalması ilə üst-üstə düşdü və bəziləri bunu daxili məlumatların sızması kimi yozdu. Vance hərçənd əlavə etdi: “Allah eləməsin, faciə olsa belə, mən son 200 gündə çox yaxşı təcrübə qazandım. Prezidentin sağlam olduğuna və vəzifəsini tamamlayacağına inamım tamdır”.

    #Co Bayden #Kamala Harris #Cozef Bayden #Kamal Harris kimdir? #Kamala Harris kimdir? #Kamala Haris #Bayden administrasiyası #sosial media platforması Truth #Social Science and Medicine jurnalı #Donal Trampın ölümü #WhereisDonaldTrump #ABŞ prezidenti Donald Tramp #Truth Social
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    TRIPP regional və qlobal əhəmiyyətə malik olacaq - Paşinyan

    9 Fevral 2026 20:23

    Tramp Marşrutu ticarət, tranzit və enerji axınları üçün tamamilə yeni imkanlar açacaq - Vens

    9 Fevral 2026 20:20

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi

    30 Yanvar 2026 09:09

    ABŞ bütün dünyada nüvə enerjisinin inkişafını dəstəkləyir - Tramp

    21 Yanvar 2026 18:15

    Netanyahu Trampdan İrana hücumu təxirə salmasını xahiş edib

    15 Yanvar 2026 22:54

    Amerika şirkətləri Venesuelanın neft sənayesinin bərpasına milyardlarla dollar sərmayə qoyacaq - Tramp

    3 Yanvar 2026 21:30

    ABŞ Silahlı Qüvvələri Venesuelanın paytaxtında bənzəri olmayan hərbi əməliyyat həyata keçirib - Tramp

    3 Yanvar 2026 21:11

    Tramp Maduronun əli qandallı fotosunu paylaşıb

    3 Yanvar 2026 20:46

    Tramp Baydenin avtomatik qələmlə imzaladığı bütün sənədləri ləğv edib

    29 Noyabr 2025 09:05

    Səudiyyə Vəliəhdinin ABŞ səfəri strateji tərəfdaşlıqda yeni mərhələnin əsasını qoyur

    19 Noyabr 2025 04:00

    Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

    8 Noyabr 2025 21:00

    2028-ci il prezidentliyinə namizəd olma ehtimalım hələ var - Kamala Harris

    27 Oktyabr 2025 13:28
    Demo
    XƏBƏR LENTİ

    Britaniya şəhzadəsi Səudiyyə Ərəbistanına səfər edib

    Liviya sahillərində miqrantları daşıyan qayıq batıb

    "Əl-Camaa əl-İslamiyyə" partiyası rəhbəri İsrail xüsusi təyyinatlıları tərəfindən qaçırılıb

    100 min dollarlıq "Canavar": Tangier Orange Silverado təqdim edildi

    Uranın zənginləşdirilməsi sanksiyaların ləğvi müqabilində azaldıla bilər - Tehran

    Eczacıbaşı Holdingin İdarə Heyətinin sədri ilə görüş keçirilib

    Xamenei regional müharibə barədə xəbərdarlıq edib

    Prezident İlham Əliyev: Hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq

    Prezident İlham Əliyev: Hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir

    TRIPP regional və qlobal əhəmiyyətə malik olacaq - Paşinyan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.