Bakı. AzerVoice:
Avropa İttifaqının xarici işlər üzrə komissarı Cozep Borrell bazar günü Yaxın Şərqə sülh gətirmək üçün “güclü” Fələstin hakimiyyətinə ehtiyac olduğunu vurğulayıb.
AzerVoice xəbər verir ki, o bunu Fələstinin baş naziri Məhəmməd Mustafa ilə planlaşdırılan danışıqlardan əvvəl bildirib.
O qeyd edib ki, fəal Fələstin hakimiyyətinin mövcudluğu İsrailin də marağındadır.
Bildirək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 3 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Hafiz Rufizoğlu