Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Livan və Suriya İranla vidalaşır

    10 Fevral 2025 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Livanın böyük dəyişikliyi, Suriyadakı çevriliş olmadan gerçəkləşə bilməzdi. Bu, artıq böyük ölçüdə təkrarlanan "ortaq tale" ifadəsini bir daha təsdiqlədi. Bu dəyişiklikdən hələ də özünə gəlməyən güvvələr var ki onlardan biri bəlkə də ən başlıcasl İran rejimidir, o rejim ki, Suriya xalqının cani bahasında Əsədə dəstək vermişdi. 2012-ci ildə İran və onun milisləri, 2015-ci ildə isə Rusiya ordusu və "Vaqner" qrupunun müdaxiləsi olmasaydı Əsəd çoxdan devrilərdi.Bəllidir ki, Əsədin rejimi və ordusu, Rusiya və İranın dəstəyi götürüldükdən sonra, çökdü və mövcudluğunu itirdi.

    Buna görə də, normal olaraq, Livanın Dürzi lideri Valid Canbolat və keçmiş baş nazir Nəcib Miqati Suriyanı ziyart edən və Suriyanın yeni lideri Əhməd Şəraa ilə görüşən ilk Livan siyasi xadimləri oldular. Maraqlıdır ki onlar bu vaxta qədər nə ata nə də oğul Əsədin qəbulunda olmamışdılar.
    Livan siyasi xadimlərinin Əhməd Şaraadan istədikləri bir şey var idi, o da Livanda olan bütün tərfələr eyni məsafədən yanaşmaq və fərq qoyulmaması.

    Şərəf tərəfindən Miqatiyə verilən "eyni məsafə" ifadəsi, əvvəllər Əsədin hakimiyyəti altında Livan siyasi elitasına verilən mesajlarla eyni anlamı daşımırdı. Həmin zaman, Suriya rejimi, Livandakı qarşıdurmaları daha da dərinləşdirir və problemləri yalnız "suriyalı məlhəm" ilə həll edə biləcəyini vurğulayan bir siyasət yürüdürdü. Lakin, bu dəfə Dəməşq, Livanın prezidenti, baş naziri, nazirləri, millət vəkilləri və bələdiyyə başçılarını əlində saxlayaraq idarəçi rolunu yerinə yetirmirdi. Bu o demək idi ki, rəsmi Dəməşq əvvəlki illərdən fərqli olaraq Livanda təxribatçı rolunu oynamayacaqdı.

    Suriyada Əsəd rejimin çökməsi və eləcə də Hizbullahın sınmasından sonra Livanda Prezident seçildi və Cozef Aun ölkəyə prezdent olaraq təyin olundu.Aunun seçilməsi və nazirlərin təyin edilməsi, Beyrut küçələrində nümayişlər və ya Dəməşq saraylarında görüşlər olmadan,Tehran rəhbərlərindən "məsləhətlər" alınmadan həyata keçirildi.

    Livan Prezidenti Aun, Şəraa ilə saxlayaraq onu təbrik etdi və hər iki lider "Suriya-Livan Şurası"nın canlandırılmasından deyil, qarşılıqlı əməkdaşlığın və "diplomatik əlaqələrin" gücləndirilməsindən danışırdılar. Daha sonra isə, iki ordunun sərhədin nəzarət altına alınması üçün əməkdaşlıq etməsi və Suriya qüvvələrinin qaçaqmalçılıq yollarını bağlamaq üçün həyata keçirdiyi əməliyyatda özünü göstərdi. Bu, Dəməşqdəki yeni idarəetmə üçün prioritet olmuşdur, çünki bu həm Suriyanın bütün əraziləri üzərində dövlətin suverenliyini təmin etmək üçün daxili səbəblərlə bağlıdır, həm də regional coğrafi-siyasi səbəblərlə əlaqəlidir.
    Bu gün tam əminliklə olmasa da, demək olar ki, həm Lİvan həm də Suriya qismən də olsa İranın şiə hilalından çıxdılar. Bu asan proses deyildi… Təhdidlər isə hələ də bitməyib, xüsusən də Livanda və Suriyada at oynadan Tehran təhdidi.

    #Təhlil
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır

    24 Noyabr 2025 12:24

    Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

    14 Noyabr 2025 15:00

    İsrail ordusu Hizbullaha qarşı qabaqlayıcı zərbə strategiyasını işə salır

    14 Noyabr 2025 00:24

    Suriya terrorla mübarizə koalisiyasına rəsmi olaraq qatıldı

    13 Noyabr 2025 22:00

    Məhəmməd bin Salmanın Vaşinqton səfəri regional münasibətlər üçün yeni imkan yaradır

    10 Noyabr 2025 12:00

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17

    İsrail hücumlarından ehtiyat edən Tehran İraq şiələrinə təzyiqi artırır

    3 Noyabr 2025 09:00

    Münqaişə husilərin varlıq mexanizmidir

    1 Noyabr 2025 07:02

    Ehtimal olunan Suriya – Hizbullah müharibəsində İsrail kimi dəstəkləyəcək?

    14 Sentyabr 2025 09:00

    Azərbaycan və İran: mürəkkəb qonşuluğun anatomiyası və əməkdaşlıq imperativi

    8 Sentyabr 2025 11:09

    Misir Ordusunun Tarixi Silahları: Əfsanələr və Həqiqətlər

    6 Avqust 2025 20:52
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Magellan Sakit okeana çatdı: Avropanın ilk böyük dünya kəşfi baş tutdu

    Tarixdə bu gün – 28 Noyabr

    Laçında Müdafiə Nazirliyinin hərbi qulluqçusu minaya düşərək ağır yaralanıb

    Qazaxıstan nümayəndə heyətləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

    DVX transfer qiymətlərinin tətbiqi ilə bağlı təlim xarakterli görüş keçirib

    Trend-in Türkiyə xəbər agentlikləri ilə əməkdaşlıq modeli TDT-də dezinformasiya ilə mübarizə mexanizminin qurulmasında örnək olmalıdır - Alptekin Cihangir İşbilir

    Əl-Fəşirdə insan alveri və cinsi zorakılıq kritik həddə çatıb - BMT

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsində 6 təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib

    Türkiyə dünya nizamında mühüm yer tutur - Papa XIV Leo

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.