Bakı. AzerVoice:
İsrail və HƏMAS arasında altı həftəlik atəşkəs elan oluna bilər.
AzerVoice-nin məlumatına görə, hal-hazırda tərəflər Qətərin vasitəsi ilə bu istiqamətdə danışıqlar aparılır.
Mart 10-dan - Ramazan ayının birinci günündən etibarən, atəşkəs elan olunacaq. Atəşkəs müddətində əsir mübadiləsi baş tutacaq, eləcə də İsrail əsirlikdə olan fələstinliləri azad edəcək.
Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 663 nəfərə çatıb.
Hafiz Rufizoğlu