Bakı. AzerVoice:
İsrail ordusu Qəzza zolağına hücumlarında israilli əsirləri qəsdən öldürüb.
AzerVoice-nin məlumatına görə, bu barədə HƏMAS bildirib.
“İsrail ordusu Qəzzanı tərk edənə qədər mübarizəmiz davam edəcək. İsrail hətta öz xalqını qalib gəldiyinə inandıra bilməyib.” - deyə açıqlamada qeyd edilib.
Bildirilib ki, Qəzza zolağındakı İsrail əsirləri mümkün qədər qorunur.
Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 663 nəfərə çatıb.
Hafiz Rufizoğlu