Bakı. AzerVoice:
HƏMAS Qəzza zolağında məhv edilən İsrail texnikasının sayını açıqlayıb.
AzerVoice-nin məlumatına görə, bu barədə İslami Müqavimət Hərəkatının ( Həmas ) hərbi qanadı olan Əl-Qəssam Briqadalarının rəsmi sözçüsü Əbu Ubeydə deyib.
“Gün ərzində 43 avtomobili və 15 İsrail əsgəri zərərsizləşdirilib. Dörd pilotsuz uçuş aparatı ələ keçirilib.” - deyə açıqlamada qeyd edilib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 27 min 238 nəfərə çatıb.
Hafiz Rufizoğlu