Əsas səhifə » Kütləvi məzarlıqdan 55 miqrantın cəsədi çıxarılıb - Liviya

Kütləvi məzarlıqdan 55 miqrantın cəsədi çıxarılıb - Liviya

Bakı, AzerVoice

Liviya hakimiyyəti cənub-şərqdəki Kufra şəhərində aşkar edilən kütləvi məzarlıqda 55 qeyri-qanuni miqrantın cəsədinə rast gəldiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, Liviya İlk Yardım və Təcili Yardım Xidməti tərəfindən verilən açıqlamaya görə, qruplar bu gün daha 11 cəsəd aşkarlayıb və ümumi cəsəd sayı 55-ə çatıb.

Hakimiyyət orqanları məzarlıqda tapılan miqrantların hansı ölkələrdən olduqları barədə məlumat verməyib. Bununla belə, regionda miqrant qaçaqmalçılığı və insan alveri geniş yayılmış problem olaraq qalır.

Qeyd edək ki, Fevralın 7-də Liviya şərqindəki İçarra şəhərində bir fermada tapılan kütləvi məzarlıqda da 19 miqrantın cəsədi, Fevralın 9-da isə Kufrada insan qaçaqmalçılarına qarşı əməliyyat zamanı 28 miqrantın cəsədi aşkar edilmişdi.

Yanvarın əvvəlində isə Liviya Baş Prokurorluğu İçarrada insan alveri ilə məşğul olan dəstələrə qarşı əməliyyat keçirildiyini və fermada pis şəraitdə saxlanılan 263 afrikalı miqrantın xilas edildiyini bildirmişdi.

Hazırda Liviya miqrantlar üçün ölüm tələsinə çevrilib

Digər Kateqoriyalar

2025 © Azervoice