Əsas səhifə » Xameneini öldürmək istədik, lakin fürsət olmadı - İsrail

Xameneini öldürmək istədik, lakin fürsət olmadı - İsrail

BAKI, AzerVoice

İsrailin müdafiə naziri İsrael Katz 12 günlük İran-İsrail münaqişəsi zamanı Ayətullah Əli Xameneiyə qarşı sui-qəsd planını etiraf edib.

AzerVoice xəbər verir ki, O, Tel-Əvivin bu əməliyyat üçün Vaşinqtondan icazə almadığını bildirib.

Kanal 13 televiziyasına müsahibəsində çıxış edən Katz, İranın dini liderini öldürmək istədiklərini, lakin əməliyyatı həyata keçirmək üçün münasib fürsət tapa bilmədiklərini deyib. “Biz Xameneini öldürmək istəyirdik. Lakin əməliyyat şəraiti imkan vermədi”, – deyə o vurğulayıb.

Katzın sözlərinə görə, İran rəhbərliyi artıq bu təhlükənin fərqindədir. “İlk hücum dalğasında öldürülən SEPAH komandirlərinin yerinə keçən şəxslərlə əlaqəni kəsdik. Xamenei ilə bağlı planlar çox dərinə gedib”, – deyə o bildirib.

Nazir əlavə edib ki, Tehranın nüvə proqramını bərpa etməyə çalışacağı halda, ABŞ İsrailin yeni bir hücum üçün "yaşıl işıq" yandırıb. Katz, İranın son zərbələrdən sonra nüvə obyektlərini bərpa edə bilməyəcəyini də iddia edib.

Qeyd edək ki, 12 günlük münaqişə ABŞ-ın vasitəçiliyi ilə atəşkəs razılaşması ilə sona çatıb. Müharibə dövründə İranın hərbi və nüvə infrastrukturu ciddi zərər görüb. Xamenei isə son çıxışında “qələbə qazandıq və ABŞ-ın üzünə sillə vurduq” ifadələrindən istifadə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice