Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Sadə və effektiv sağlamlıq metodu sosial mediada trendə çevrilib

    3 Avqust 2025 13:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Sosial mediada son dövrlərdə populyarlaşan “Yapon yürüşü” adlı fitness metodu, həm fiziki gücü artırmaq, həm də zehni sağlamlığı dəstəkləmək baxımından mütəxəssislərin diqqətini cəlb edib.

    TikTok platformasında #FitTok kateqoriyasında yenidən trendə çevrilən bu metod, 2007-ci ildə yapon tədqiqatçılar Hiroshi Nose və Shizue Masuki tərəfindən hazırlanmış və elmi əsaslara söykənən faydaları ilə tanınır.

    “Yapon yürüşü” 30 dəqiqəlik məşqdən ibarətdir: 3 dəqiqə sürətli yürüş və 3 dəqiqə yavaş tempdə yürüş növbələşir. Bu aralıqlı sistem məşq fizologiyasında “aşırı yüklenme prinsipi” adlanan mexanizmə əsaslanır. Bu prinsipə görə, qısa müddətli intensiv fəaliyyət orqanizmi uyğunlaşmağa məcbur edir və uzunmüddətli dözümlülüyü artırır.

    2007-ci ildə Shinshu Universitetində aparılan ilk tədqiqatda yetkinlər üç qrupa bölünmüşdü. 5 ay ərzində aralıqlı yürüş edənlər yalnız orta tempdə yürüyənlərlə müqayisədə daha yüksək əzələ gücü, daha yaxşı fiziki forma və daha aşağı qan təzyiqi əldə etmişdilər. Sonrakı illərdə aparılan araşdırmalar aralıqlı yürüş metodunun depressiya, yuxu keyfiyyəti və zehni performans kimi sahələrə də faydalı təsirlər göstərdiyini ortaya qoyub.

    Mütəxəssislər bu metodun, xüsusilə diabet, ürək-damar xəstəlikləri və piylənmə kimi problemlərin qarşısını almaqda təsirli olduğunu bildirirlər.

    “Yapon yürüşü” qan şəkərini tənzimləyir, təzyiqi azaldır və məşqdən sonra daha uzun müddətli enerji sərfiyyatına səbəb olur.

    Zehni sağlamlıq baxımından isə, aralıqlı intensivlik diqqət və fokuslanmanı artırmaqla yanaşı, stressin azaldılmasına da kömək edir. Bu səbəbdən bir çox psixoloq bu metodu fərqindəlik və zehni sakitləşmə aləti kimi də tövsiyə edir.

    Bu yanaşma yalnız yürüşlə məhdudlaşmır. Mütəxəssislər bildirir ki, metod velosiped, üzgüçülük və hətta güc məşqlərinə də rahatlıqla tətbiq oluna bilər. Bu səbəbdən “Yapon yürüşü” sadəcə bir dəb dalğası deyil, elmi əsaslarla dəstəklənən sağlamlıq strategiyası kimi qiymətləndirilir.

    #psixalogiya #sosial media #sağlam qida #sağlamlıq #idman #Psixoloji dözümlülük #Yapon yürüşü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sağlam qidalanmanın tək ünvanı – Neroli 3 yaşını qeyd edir

    27 Noyabr 2025 09:40

    Avstraliyada 16 yaşdan kiçik uşaqlar üçün sosial media qadağası genişlənir

    5 Noyabr 2025 12:51

    İngiltərədə sağlam qidalanma problemləri artmaqdadır

    12 Oktyabr 2025 14:00

    Şəxsiyyət xüsusiyyətləri uzunömürlülüyün açarı ola bilər

    11 Oktyabr 2025 12:00

    Azərbaycan III MDB Oyunlarında ilk qızıl medalını qazanıb

    29 Sentyabr 2025 17:37

    50 idmançı İsrailin Avropa turnirlərindən kənarlaşdırılmasını tələb edir

    29 Sentyabr 2025 13:39

    Aralıq dənizi pəhrizi - Uzunömürlülüyün sirri

    21 Sentyabr 2025 11:00

    Portuqaliyada tarixi qələbə qazanan “Qarabağ” komandası Vətənə qayıdıb

    17 Sentyabr 2025 10:06

    Bakıda güləş üzrə U-17 dünya çempionatı keçiriləcək

    14 Sentyabr 2025 10:58

    Xroniki yuxusuzluq beyni 3,5 il daha sürətli qocaldır

    13 Sentyabr 2025 12:12

    Dünyada kök uşaqların sayı arıq uşaqları keçib - UNICEF

    10 Sentyabr 2025 09:51

    Basketbol üzrə Türkiyə yığması yarımfinalda Yunanıstanla üz-üzə gələcək

    10 Sentyabr 2025 02:00
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Rusiyaya xalça ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Zədələnmiş nüvə obyektlərinin yoxlanılması hazırda risklidir - Əraqçi

    ABŞ-la danışıqlar dayandırılıb, Vaşinqton real iradə nümayiş etdirmir - İran XİN

    Azərbaycan–İordaniya sənədləri imzalanıb

    Bakıda Azərbaycan və İordaniya Hökumətlərarası Komissiyasının IV iclası keçirilir

    İsrail ordusu Qəzza və ətrafına hava hücumları təşkil edib

    Prezident İlham Əliyev “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib

    Oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 55 milyard dolları keçib (ÖZƏL)

    Azərbaycanın turizm imkanları Yaxın Şərqdə nümayiş etdirilib

    Kipr türklərinin hüquq və maraqlarını qorumağa davam edəcəyik - Türkiyə XİN

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.