Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Mobil telefon asılılığı - uzaqlaşdırmaq yetərli deyil

    4 May 2025 16:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Smartfonu uzaqlaşdırmaq diqqəti artırmır, sadəcə diqqəti başqa cihazlara yönəldir.

    AzerVoice xəbər verir ki, London İqtisadiyyat Məktəbinin alimləri tərəfindən aparılan yeni araşdırma mobil telefonların uzaqlaşdırılmasının iş zamanı süründürməçiliyi və diqqət dağınıqlığını tam aradan qaldırmadığını göstərib.

    Tədqiqatın müəllifi Dr. Maxi Heitmayer “Frontiers in Computer Science” jurnalında dərc olunan məqaləsində bildirib ki, problem cihazların özündə deyil, insanın həmin cihazlarla formalaşdırdığı vərdişlərdədir.

    Təcrübə Londonda yaşayan, işləyən və ya təhsil alan 22 nəfərin iştirakı ilə həyata keçirilib. İştirakçılar iki gün ərzində səskeçirməz otaqda işləyib, öz telefon və noutbuklarını istifadə ediblər. Telefonlar bəzən birbaşa iş masasının üzərinə, bəzən isə 1,5 metr uzaqda yerləşdirilib. Nəticədə telefon uzaq olanda istifadə azalırdı, lakin iştirakçılar diqqətlərini noutbuklara yönəldirdilər.

    “Smartfon yalnız bir cihaz deyil – o, həm də naviqator, zəngli saat, musiqi pleyeri və sosial əlaqə vasitəsidir. Bu qədər funksiyanı özündə birləşdirən cihazın cəlbedici olması təəccüblü deyil”, – deyə Heitmayer qeyd edib.

    Tədqiqatçılar bildirirlər ki, istifadəçilər bildirişləri müəyyən saatlara təyin etməklə və səssiz rejimdən istifadə etməklə diqqət dağınıqlığını qismən azalda bilərlər. Lakin sosial media tətbiqlərinin yüksək cəlbediciliyi bu tədbirləri kifayət qədər effektiv etmir.

    Qeyd edək ki, Reviews.org platformasının 2023-cü ildə apardığı araşdırmaya görə, amerikalıların 40 faizindən çoxu mobil telefonlarına aludə olduğunu etiraf edib.

    #sosial media #mobil telefon qadağası #Bunu bilirsinizmi? #smartfon diqqət dağınıqlığı #mobil telefon vərdişləri #cihazlardan asılılıq #sosial media aludəçiliyi #mobil telefon istifadəsi statistikası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yunanıstanda 15 yaşdan kiçik uşaqlara sosial media qadağası tətbiq ediləcək

    4 Fevral 2026 15:08

    Reklam nədir və necə yaranıb? Qısa tarixi icmal

    1 Fevral 2026 17:01

    Dünya niyə düşündüyümüzdən daha sürətlə isinir?

    15 Yanvar 2026 12:54

    Qucaqlamaq stressi niyə azaldır?

    30 Dekabr 2025 11:49

    Qış tətilinin ekran qarşısında keçirilməsi uşaqlarda psixoloji və fiziki problemləri artırır

    25 Dekabr 2025 11:55

    Z nəsli dünyanı “qorxuducu bir yer” kimi görür

    16 Dekabr 2025 11:28

    İşçilərin gizli böhranı - səssiz çatlama nədir?

    12 Dekabr 2025 17:23

    Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediaya girişinə qadağa qüvvəyə minir

    5 Dekabr 2025 11:54

    Elm adamları: Tənhalıq beyni sürətlə qocaldır

    11 Noyabr 2025 20:30

    Beyni daha güclü edən qidalar məlum oldu

    11 Noyabr 2025 14:24

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26
    Demo
    XƏBƏR LENTİ

    Ölkə üzrə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinə başlanılıb

    İqtisadi artım üzrə işçi qrupunun iclası keçirilib

    Bakıda şaxtalı hava ilə əlaqədar bir sıra yollarda sürət həddi endirildi

    Prezident İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır - Pakistanın Baş naziri

    “VECON Consulting”dən bazarda ilk: 2 milyonluq sublimitsiz peşə riskləri sığortası tətbiq edilib

    Qəzzanın bərpasında Misirlə birgə işləmək istəyirik - Ərdoğan

    Balistik raketlər danışıqların gündəminə daxil edilməlidir - ABŞ

    Trampdan Si Cinpinlə telefon danışığı aparıb

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Türk Dövlətləri Parlament Assambleyasının baş katibi arasında görüş keçirilib

    Prezident İlham Əliyevə Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.