Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türk Dövlətləri

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Türk Dövlətləri Parlament Assambleyasının baş katibi arasında görüş keçirilib

    4 Fevral 2026 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    4 fevral 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi cənab Ramil Həsən vəzifəyə təyinatından sonra ilk dəfə olaraq Türk Mədəniyyəti və İrsi Fondunun qonağı olub. Ziyarət çərçivəsində təşkilatın prezidenti xanım Aktotı Raimkulova ilə görüş keçirilib.

    AzerVoice xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova görüş zamanı cənab Ramil Həsəni TÜRKPA-nın baş katibi vəzifəsinə təyin olunması münasibətilə səmimi-qəlbdən təbrik edib, TÜRKPA nümayəndə heyətini Fondda qarşılamaqdan böyük məmnunluq duyduğunu bildirib.

    Görüş zamanı iki qurum arasında mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti nəzərdən keçirilib, birgə təşəbbüslərin həyata keçirilməsi imkanları, eləcə də qarşılıqlı dialoqun institusional əsasda daha da möhkəmləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Tərəflər Türk dünyasının ortaq tarixi, mədəni və mənəvi dəyərlərinin qorunması və beynəlxalq müstəvidə təşviqi istiqamətində əlaqələndirilmiş fəaliyyətin vacibliyini vurğulayıb. Bu kontekstdə Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Dövlətləri Parlament Assambleyasının bir-birini tamamlayan, strateji baxımdan qarşılıqlı rol oynayan iki qardaş qurum olduğu qeyd olunub. Görüşdə həmçinin gələcək dövrdə mədəni irsin təşviqi, humanitar əməkdaşlıq və ortaq layihələr çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

    Baş tutan görüş Türk dünyasında mədəni və parlament diplomatiyası arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Türk Dövlətləri Parlament Assambleyasının baş katibi arasında görüş keçirilib
    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Türk Dövlətləri Parlament Assambleyasının baş katibi arasında görüş keçirilib
    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Türk Dövlətləri Parlament Assambleyasının baş katibi arasında görüş keçirilib
    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Türk Dövlətləri Parlament Assambleyasının baş katibi arasında görüş keçirilib
    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Türk Dövlətləri Parlament Assambleyasının baş katibi arasında görüş keçirilib
    #Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKPA arasında əməkdaşlıq müzakirə olunub #Aktotı Raimkulova TÜRKPA-nın baş katibi Ramil Həsənlə görüşüb #Türk dünyasında mədəni və parlament diplomatiyası gündəmdə #TÜRKPA və Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlığı genişləndirir #Ortaq mədəni irsin təşviqi üzrə yeni perspektivlər #Türk dünyası qurumları arasında dialoq güclənir #Türk Kültürü ve Mirası Vakfı ile TÜRKPA arasında görüşme #Aktotı Raimkulova TÜRKPA Genel Sekreteri Ramil Hasan’ı kabul etti #Türk dünyasında kültürel işbirliği gündemde #TÜRKPA ve Vakıf ortak projeleri ele aldı #Ortak tarih ve miras için işbirliği vurgusu #Parlamenter ve kültürel diplomasi güçleniyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Vuçiçlə mətbuat konfransında Türkiyənin Balkan regionuna verdiyi önəmdən danışıb

    12 Fevral 2026 22:28

    Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiç ilə görüşüb

    12 Fevral 2026 19:52

    Vaşinqton və Tehran nüvə razılaşmasında "çeviklik" nümayiş etdirir - Hakan Fidan

    12 Fevral 2026 19:01

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    12 Fevral 2026 18:38

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06

    Suriyadakı inkişafları yaxından izləyirik - Türkiyə MN

    12 Fevral 2026 13:41

    İslam dünyası nəqliyyatla strateji gücə çevrilə bilər - Ərdoğan

    12 Fevral 2026 12:34

    Sudanda "Bayraktar AKINCI" PUA Çin istehsalı olan hava hücumundan müdafiə sistemini məhv edib

    11 Fevral 2026 20:05

    Türkiyədə yeni nazirlərin andiçməsi zamanı gərgin anlar yaşanıb

    11 Fevral 2026 18:56

    Ərdoğan təhqirə məruz qalan qadın bələdiyyə sədrinə dəstək verib

    11 Fevral 2026 15:48

    Ankarada Türk Dünyası Bərpa və Konservasiya Şəbəkəsi üzrə beynəlxalq proqram başladı

    11 Fevral 2026 15:14

    Türkiyə istehsalı pilotsuz dəniz vasitələri Səudiyyədə

    11 Fevral 2026 13:12
    XƏBƏR LENTİ

    Ərdoğan Vuçiçlə mətbuat konfransında Türkiyənin Balkan regionuna verdiyi önəmdən danışıb

    Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

    Banqladeşdə səsvermə başa çatıb, sayım başlayıb

    ABŞ-nin Əsas Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüş keçirilib

    Böyük Britaniya Ukraynaya 1000 ədəd çoxməqsədli raket göndərəcək

    Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiç ilə görüşüb

    Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi

    Vaşinqton və Tehran nüvə razılaşmasında "çeviklik" nümayiş etdirir - Hakan Fidan

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    Türkiyənin Muğla Milas Hava Limanında sərnişin axını artıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.