Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Fələstin

    İsrail ordusu Xan Yunis şəhərinə hava zərbəsi endirib - Ölənlər var

    29 Aprel 2025 22:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrail Silahlı Qüvvələri Qəzza zolağının cənubunda, Xan Yunis şəhəri yaxınlığındakı Əl-Məvasi bölgəsinə hava zərbəsi endirib.

    AzerVoice xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

    Məlumata görə, hava zərbəsi nəticəsində azı beş nəfər ölüb, 10 nəfər yaralanıb. Zərbə məcburi köçkünlərin yerləşdiyi çadırlara endirilib. Həlak olanlar arasında iki uşağın da olduğu bildirilib.

    Qeyd edək ki, Yaxın Şərqdə vəziyyət 2023-cü il oktyabrın 7-də HƏMAS-ın silahlı üzvlərinin Qəzza zolağından İsrail ərazisinə daxil olaraq, sərhəd yaşayış məntəqələrində mülki şəxsləri öldürməsi və girov götürməsi ilə kəskin şəkildə gərginləşib. Buna cavab olaraq İsrail Qəzzada HƏMAS-ın hərbi və siyasi infrastrukturunu məhv etmək və bütün girovları azad etmək məqsədilə hərbi əməliyyata başlayıb.

    Martın 18-də İsrail ordusu atəşkəs rejimini pozaraq Qəzza zolağında hərbi əməliyyatları bərpa edib və bölgəyə genişmiqyaslı zərbələr endirib. İsrailin höküməti əməliyyatın yenidən başlanmasını HƏMAS-ın ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və vasitəçilər tərəfindən təqdim edilən təklifləri qəbul etməməsi ilə əsaslandırıb. Qəzzadakı əməliyyatın məqsədinin bütün girovların azad edilməsi olduğu bildirilib. HƏMAS isə döyüşlərin yenidən başlanmasında məsuliyyəti İsrail və ABŞ-ın üzərinə qoyub.

    #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #HƏMAS #İsrail ordusu #Xan Yunis
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

    8 Noyabr 2025 21:00

    Atəşkəsdən sonra İsraildə müharibədən sonrakı siyasi gərginlik yaşanır

    8 Noyabr 2025 18:43

    Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi çox yaxındadır - Tramp

    8 Noyabr 2025 12:08

    Fələstin Prezidenti və İtaliyanın Baş naziri Qəzza atəşkəsi səylərini müzakirə edib

    8 Noyabr 2025 09:19

    Türkiyə Netanyahu və İsrail rəsmiləri barədə həbs qərarı çıxarıb

    7 Noyabr 2025 22:59

    Türkiyənin Avropa İttifaqına üzvlüyü strateji əhəmiyyət daşıyır - Hakan Fidan

    7 Noyabr 2025 21:40

    İsrail müdafiə naziri Qəzza zolağında bütün tunellərin məhv edilməsini əmr etdi

    7 Noyabr 2025 14:48

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    7 Noyabr 2025 12:01

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    Beynəlxalq sabitlik qüvvələri çox yaxın vaxtda Qəzzəyə yerləşdiriləcək - Tramp

    7 Noyabr 2025 07:15

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00
    Demo
    XƏBƏR LENTİ

    Napoli baş məşqçisi ilə yollarını ayıra bilər

    Ölü dəniz – Yer üzündəki ən uniklal təbii laboratoriya: 16 maraqlı fakt

    Günəşdə güclü partlayış qeydə alınıb

    Azərbaycanın XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

    Milli Observatoriya tərəfindən 2025-ci il üzrə ən çox tələb olunan peşələr müəyyən olunub

    Azərbaycan Ordusunun hərbçisi NATO kursunu müvəffəqiyyətlə bitirib

    Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 116 milyon dolları keçib (ÖZƏL)

    Azərbaycan UNESCO komitəsinə üzv seçilib

    Yaponiyada 6,8 bal gücündə zəlzələ baş verib

    Məhəmməd bin Salmanın Vaşinqton səfəri regional münasibətlər üçün yeni imkan yaradır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.