Bakı. AzerVoice:
İsrail ordusu Qəzzanın şimalına intensiv hava zərbələri endirir
AzerVoice xəbər verir ki, İsrail ordusu əsasən Cibaliya Qaçqınlar Düşərgəsinə intensiv hava hücumları təşkil edib.
Məlumat üçün qeyd edək ki, bombardmanda ölən və yaralananlar var.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Hafiz Rufizoğlu