BAKI, AzerVoice
Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) nümayəndələri yüksək səviyyəli beynəlxalq enerji tədbirində iştirak ediblər.
AzerVoice xəbər verir ki, toplantı çərçivəsində SOCAR, “Uzbekneftgaz” ASC (Özbəkistan), “QazMunayQaz” ASC (Qazaxıstan) və “Tatneft” ASC (Rusiya) ilə birlikdə neft-qaz sektorunda dekarbonizasiya və dayanıqlı inkişaf sahələrində əməkdaşlığı nəzərdə tutan dörd tərəfli anlaşma memorandumu imzalayıb.
Saziş neft-qaz sahəsində karbon emissiyalarının azaldılması, ekoloji və dayanıqlı texnologiyaların tətbiqi və qabaqcıl texnoloji həllərin birgə reallaşdırılmasını nəzərdə tutur.
Tədbirdə iştirak edən SOCAR nümayəndə heyəti ikitərəfli formatda da görüşlər keçirərək “Tatneft” və “Uzbekneftgaz” rəhbərləri ilə fikir mübadiləsi aparıb. Görüşlərdə tərəflər əməkdaşlığı daha da dərinləşdirmək, yeni layihələr və ortaq texnoloji platformalar üzərində işləmək barədə razılığa gəliblər.
Görüş zamanı tərəflər qarşılıqlı maraqları möhkəmləndirməyə və yeni layihələr reallaşdırmağa hazır olduqlarını bildiriblər. Bu əməkdaşlığın hər iki ölkənin enerji sektorunun davamlı inkişafı baxımından strateji əhəmiyyət daşıdığı vurğulanıb.