8
BAKI, AzerVoice
Cari ilin avqust ayı üzrə "Brent" markalı neftin fyuçerslərinin qiyməti Londonun ICE birjasında 6 faizdən çox ucuzlaşıb.
AzerVoice xəbər verir ki, Birjanın Bakı vaxtı ilə saat 17:55-ə olan məlumatına görə, "Brent" neftinin qiyməti 6,02 faiz azalaraq bir barel üçün 71,07 ABŞ dollarına düşüb.
Saat 18:00-a olan son göstəriciyə əsasən isə "Brent"in qiyməti daha da ucuzlaşıb və 70,95 dollar təşkil edib. Eyni zamanda, "WTI" markalı neftin avqust fyuçersləri 5,51 faiz ucuzlaşaraq 69,67 dollar səviyyəsində ticarət olunub.