Bakı,AzerVoice
Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman milli neft şirkəti Saudi Aramco-nun Cafura qaz yatağında 15 trilyon standart kub fut təbii qaz və iki milyard barrel təbii qaz kondensat ehtiyatı tapdığını açıqlayıb.
AzerVoice xəbər verir ki, şahzadə Əbdüləziz açıqlamasında həmçinin Cafura qaz yatağındakı ehtiyatların 229 trilyon kubmetr qaz və 75 milyard barrel kondensata çatdığını bildirib.
Onun sözlərinə görə,bu uğur karbohidrogen ehtiyatlarından məqsədəuyğun istifadəni təmin etmək üçün proqnozlaşdırma və işlənmədə ən yüksək beynəlxalq standartların tətbiqi nəticəsində əldə olunub.